Ana Sayfa > M / Karusel / Siyasət / Həftə-Reytinq > İlham Əliyev Putinə başsağlığı verdi

İlham Əliyev Putinə başsağlığı verdi


19-12-2016, 23:26. Yazar: Xeberaz
İlham Əliyev Putinə başsağlığı verdi
Prezident İlham Əliyev Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun ölümü ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.
Məktubda deyilir:
Hörmətli Vladimir Vladimiroviç,
Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrey Gennadyeviç Karlovun faciəli ölümü barədə xəbər məni dərindən sarsıtdı.
Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik. Sizə, həlak olmuş səfirin ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
İlham Əliyev
Geri dön