Ana Sayfa > M / Karusel / Gündəm / M2 / Xəbəraz TV / Müsahibə > “Gəlib qollarımı qandallayıb aşağıya apardılar”(VİDEO)

“Gəlib qollarımı qandallayıb aşağıya apardılar”(VİDEO)


28-05-2015, 22:15. Yazar: Xeberaz
“Gəlib qollarımı qandallayıb aşağıya apardılar”(VİDEO)


Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan “Avesta” konserninin prezidenti, iş adamı Hacı İbrahim Nehrəmli sərbəst buraxılıb.

Xeberaz.az Oxu.Az-a xəbər verir ki, ANS-ə müsahibəsində iş adami deyib ki, onun ölkədən qaçarkən saxlanılması ilə bağlı mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir. O, bir müddət öncə ölkəni tərk etməsinə qoyulan qadağanın aradan götürülüb-götürülməməsinə də aydınlıq gətirib:

“Günorta saatlarında ora getdim. Nəyə görə saxlanıldığımı soruşdum? Məni kimsə qəbul etmirdi. Bundan sonra bir-iki adamdan xahiş etdim ki, məni qəbul etsinlər, gəlib qapıda qalmışam. Sonra çox hörmətlə qəbul etdilər. Axşam saat 8-ə qədər yuxarıda gözlədim. Bu müddət ərzində kimsə mənə bir söz demədi. Gəlib qollarımı qandallayıb aşağıya apardılar. Bir-iki gün orada qaldım. Amma orada qalmağımın səbəbini bilmədim. Daha sonra saxlanılmağımın səbəbi məlum oldu ki, kredit borcum var. Mənim kredit borclarımın vaxtı 2019-cu ildə bitir. Kreditin vaxtı keçdiyinə görə, faiz borcu 1 milyon 500 mini keçib. Kredit borcumu iki günə ödədikdən və problemin həll olunandan sonra azadlığa buraxıldım".

Geri dön