Ana Sayfa > M / Karusel / İdman / Təbriklər > Qafqaz Budo Doyus Novleri Federasiya Prezidenti Rafael Qasimov Teyin edildi

Qafqaz Budo Doyus Novleri Federasiya Prezidenti Rafael Qasimov Teyin edildi


10-11-2016, 01:38. Yazar: Xeberaz
Qafqaz Budo Doyus Novleri Federasiya Prezidenti Rafael Qasimov Teyin edildi

İdman-hələ ta qədimdən insanların sağlam ruhda mədəni əxlaqi keyfiyyətləri xarakterizə etməklə sağlam cəmiyyətdə Dünya sivilizasiyası adlı mövhumatı meydana çıxartmış oldu.Zaman keçdikcə məmləkət, əyalət,ölkə rəhbərləri, başçısı olduğu xalqının sağlam ruhda sağlam gələcək naminə təşəbbüslər göstərərək bahadırlar, pəhləvanlar yetişdirdilər. Dünya xalqlarının hələ ilk yarandığı zamanlarda yadelli işğalçılara qarşı mübarizə üsulları döyüş-idman növlərini təkan verdi. Əlbəyaxa döyüş idman növləri hesab edilən güləş, karate, dzü-do, taekvando, uşu, kikboks və bir neçə idman növləri zaman keçdikcə ölkələr arasında Beynəlxalq idman predmetlərini meydana çıxartdı.

Türk dünyası üzrə də bu sözü gedən döyüş-idman növlərini müzakirə etsək və o cümlədən qədim türk tarixi qəhrəmanlarına nəzər salsaq görərik ki, həmin şəxsiyyətlərin misilsiz qəhrəmanlıqları nəticəsində mənsub olduğu qüdrətli türk dövlətlərinin mövcud olmasına səbəb olmuşlar. Bunlardan Atilla, AlpArslan, Oğuz Xaqan, Alp Ər- Tonqa, Sultan Mehmet Fateh, Sultan Səlim və bir neçəsinin adını çəkməmək qeyri-mümkündür. Tarixin müxtəlif dövrlərində Qüdrətli türk xalqına bədnamlıq niyyətində olan bir neçə xalq müqavimət göstərməyə çalışsa da heç bir zaman sarsılmaz türk gücü qarşısında öz çirkin niyyətlərinə nail ola bilməmişlər. İndi həmin tarixi türk qəhrəmanlarının bizlərə irs qoyub getdiyi həmin döyüşkən ruhlu tarixi izin ənənəvi nəticəsidir ki, meydanlarda aparılan döyüş növlərində tətbiq edilən döyüş fəndləri müxtəlif adlar altında idmanın bir neçə növünü yaratmağa imkan vermişdir. Sadəcə olaraq qədim dövrdən fərqli olaraq, müasir dövrün tələblərinə uyğun şəkildə idmanın və onun ayrı-ayrı növlərinin qaydalarının müasir təşkili, sözü gedən anlayışı daha sivil bir çərçivəyə salaraq bütün dünya xalqları və dövlətləri tərəfindən, o cümlədn Beynəlxalq İdman Federasiyaları tərəfindən qəbul edilməsinə xidmət göstərməlidir. Yalnız bucür olduqda haqqında söhbət açdığımız,müzakirəsində dayandığımız məsələnin hamı tərəfindən qəbul olunmasının şahidi olarıq. Necə ki, oluruq da! Bu qəbildən də Müstəqil Azərbaycan adlı hüquqi dünyəvi dövlətin də layiqli dövlət başçısı cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin Prezidenti olduğu dövrdən də ölkəmizdə idmanın inkişafı naminə apardığı uğurlu siyasi fəaliyyəti nəticəsində bir sıra tarixi uğurlara imza atdıq.

Qitə üzrə ilk dəfə olaraq Olimpiya yarışlarının I Avropa oyunları Baku-2015 adı altında keçirilməsi bir daha türkmənşəli mübariz xalq olduğumuzu dünyaya sübut etdik . Uğurla başa vurulan bu Beynəlxalq turnirdə ölkəmizi təmsil edən idmançılarımız 60Avropa ölkəsi içərisində 56medal qazanaraq nəhəng Rusiya dövlətindən sonrakı yüksək pilləni tutaraq misilsiz bir şanlı tarix yazdı. Əlbəttə bütün bunlar Azərbaycanla birgə cəmi Türk dünyasının Türkiyə Cümhuriyyətinin zəfəri kimi qəbul edilməklə hər bir Turan türkünü sevindirdi. Bugün bu tarixi ənənəni ,şanlı türk səltənətini bərqərar edən, haqqında söz açdığım idmanın bir növü kimi Beynəlxalq səviyyədə qəbul edilmiş Budo döyüş növü də yarandı.
Daha dəqiq,06noyabr.2016-cı ildə Dünya Budo Döyüş növləri Federasiyasının Prezidenti Qrandmaster Professor Eyup Zafer Gökbilen və Budo döyüş növlərinin yaradıcısı vitse-prezident doktor qrandmaster,10-cu dan Qara Kəmər ustası Faiq Rəfiyevin böyük təşəbbüsü ilə Qafqaz Budo Döyüş növləri Federasıyası təsis edilmişdir.
Federasiyaya Prezident isə Rəfael Qasımov təyin edilmişdir. Beynəlxalq səviyyədə onun bu misilsiz xidmətləri ,idman uğurları nəzərə alınaraq yaradılmasına təşəbbüs,bir daha onu göstərir ki,idman və onun qaydalarının düzgün təşkili ,onlara əməl edilməsi təqdirəlayiq hal kimi yüksək qiymətləndirilmişdir. Biz də media olaraq öz növbəmizdə bir daha bu möhtəşəm yaradılışı, Şanlı Türk Zəfəri kimi dəstəkləyərək Dünya sivilzasiyasına öz töhfələrinizi verəcəyini arzu edərək bu çətin, lakin çox şərəfli bir missiyanın uğurla davam etdirəcəyinizi ümid edirik.


Xəyyam QURBANLI "Xəbəraz.az "

Qafqaz Budo Doyus Novleri Federasiya Prezidenti Rafael Qasimov Teyin edildi
Qafqaz Budo Doyus Novleri Federasiya Prezidenti Rafael Qasimov Teyin edildi
Qafqaz Budo Doyus Novleri Federasiya Prezidenti Rafael Qasimov Teyin edildi
Qafqaz Budo Doyus Novleri Federasiya Prezidenti Rafael Qasimov Teyin edildi
Geri dön