Ana Sayfa > M / Karusel / Gündəm / Təhsil > Rektor ətrafında baş verənləri qiymətləndirməyə başlayıb

Rektor ətrafında baş verənləri qiymətləndirməyə başlayıb


25-10-2016, 11:14. Yazar: Xeberaz


Rektor ətrafında baş verənləri qiymətləndirməyə başlayıb
Bakı Ali Neft Məktəbinin rektorunun yaxın gələcəkdə Azərbaycan Respublikasının təhsil naziri ola bilmə imkanları artır. Bir müddət əvvəl ölkə KİV-lərində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun təhsil naziri olacağına dair yayılan informasiyalara ötəri yanaşılsa da, hazırda bu, təsadüfi sayıla bilməz.

12-25 yaş arasında olan yeniyetmə və gənclərin dini sektalara üzvülük məsələsindən narahatlıq yaranırsa, bu siyasi hakimiyyətdə təhsil sahəsində boşluqların aradan qaldırılmasına dair əlavə imkanların götür-qoy edilməsindən xəbər verir.

Faktinfo.az saytına məlumatlı şəxsin dediklərindən aydın olur ki, Bakı Ali Neft Məktəbində hökm sürən şəffaflıq, nizam-intizam, tələbələr arasında olan həmrəylik ölkə rəhbərinin diqqətindən kənarda qalmır. Bununla, Elmar Qasımovun təhsili bilən, bu sahədə ixtisaslaşmış bir şəxs obrazı yaranır, onun çevrəsi genişlənir. Digər tərəfdən xarici ölkə nümayəndələrinin bu təhsil ocağında tədrisin səviyyəsi ilə maraqlanmaları təsadüfi sayılmır.

Son 1 ildə Azərbaycan təhsil sistemində baş verən hərc-mərciliyin, rüşvət və özbaşınalıqların Bakı Ali Neft Məktəbindən yan keçməsi Elmar Qasımovun imkanlarının götür-qoy edilməsini gündəmə gətirir, onun Azərbaycan təhsilini bir addım qabağa çıxara biləcəyi ehtimallarını artırır.

Rektor Elmar Qasımova gəlincə, ətrafında baş verənləri artıq o da qiymətləndirməyə başlayıb. Elə bu səbəbdəndir ki, Elmar Qasımov əvvəlki 8 saatlıq iş qrafikini 12 saat, bəzən də daha artıq saatlarla əvəzləyir. Yəqin ki, bu qədər göstərdiyi səyin perspektivdə nəyə hesablanması təsadüf sayıla bilməz.
Geri dön