Ana Sayfa > M / Karusel / Təhsil / Həftə-Reytinq > 48 saylı Tam orta məktəb- Xətai rayonunda qabaqcıllar sırasında…

48 saylı Tam orta məktəb- Xətai rayonunda qabaqcıllar sırasında…


17-10-2016, 00:25. Yazar: Xeberaz
48 saylı Tam orta  məktəb- Xətai rayonunda qabaqcıllar sırasında…

Müasir Azərbaycan dövlətinin banisi,ümummilli liderimiz dahi Heydər Əliyev demişdir: ‘‘Mən yer üzündə müəllim adından yüksək ad tanımıram!”‘‘Təhsil millətin gələcəyidir!” Yaşadığımız hazırki dövrdə cəmiyyətin sağlam,yüksək intellekt səviyyəsinə malik olması, bir daha bu misilsiz şüarların nəticəsidir ki,müstəqil dövlətimizin təhsil sektoruna xüsusi diqqət ayrılaraq daha da inkişaf etməsini təcəssüm etdirir.
48 saylı Tam orta  məktəb- Xətai rayonunda qabaqcıllar sırasında…
Bugün Azərbaycan dövləti Beynəlxalq siyasi arenalarda lazımi,ələlxüsus da çox yüksək formada çıxış edərək dünya dövlətləri sırasında inkişaf etmiş qabaqcıl dövlət adını qazanmışdır.Beynəlxalq irimiqyaslı infrastruktur layihələrinin ölkəmizdə reallaşdırılması bir daha bu fikirləri söyləməyə zəmin yaradır.İnkişaf etməkdə davam edən ölkəmizdə aparılan islahatlardan biri də təhsil sektorunda baş verir.Adı çəkilən bu sahəyə ilk öncə peşəkar kadr hazırlığının təşkili son dövrlər daha da təkmilləşmiş formada həyata keçirilir.Ali qanunverici orqan-Milli məclisdə müxtəlif vaxtlarda müzakirəyə çıxarılaraq təhsil sektoruna aid müvafiq qanunvericiliyin tərkib hissəsinə əlavə və dəyişikliklərin edilməsi bir daha Azərbaycan təhsil sisteminin dinamik inkişafına yol açır.
Bu dinamik inkişaf da heç şübhəsiz ki,peşəkar kadrlarla,başqa sözlə pedaqoji fəaliyyətlə məşğul olan müəllim heyəti iləbağlıdır.İqtisadi cəhətdən də inkişaf etmiş dövlətimizin potensialı imkan verir ki,təhsil bazasının ilk pilləsindəntutmuş ta yuksək təbəqəsinədək inkişaf davamlı olsun.Bununçün vacib və gərəkli sayılan əyani və qiyabi dərs vəsaitlərinin,tədris avadanliqlarının da mövcudluğu bu inkişafı zərurətə çevirən ən vacib amillərdən hesab edilir.Bu sadalanan amilləri isə sonda qalır ki,bu sahə uzrə məşğul olan müəllim adını daşıyan pedaqoqlar təhsilin ilk pillələrindən sayılan orta ümumtəhsil məktəblərində təhsil alan çoxsayli şagirdlərin maariflənməsi məqsədilə onlara çatdırmaq.Doğrudan da ən xoş və fərəhləndirici, ələlxüsus da fəxr ediləsi bir nemətdir ki,milləti parlaq gələcəyə aparan yolun yolçusu ,yol göstərəni elə məhz müəllim adını daşıyan peşəsahibləridir.

Paytaxt Bakının 300-dən artiq orta ümumtəhsil məktəbi mövcuddur.Artıq onların əksər hissəsi Dövlət başçımız cənab İlham Əliyevin təsdiqlədiyi ‘‘Bakı və onun ətraf qəsəbələrinin Sosal İnkişafı Dövlət Proqramı”-ndan irəli gələrək müasir formada yenidən qurulmuş ,təmir və bərpa işləri görülməklə minlərlə ölçülən şagirdlərin ixtiyarına verilmiş,bu da öz növbəsindəaparılan tədris proseslərinin dinamik inkişafina təkan vermişdir.Bu orta ümumtəhsil məktəblərindən biri də paytaxtBakının Xətai rayonunda yerləşən 48 nömrəli Tam orta məktəbidir.Adı çəkilən bu orta ümumtəhsil məktəbində keçirilən tədris proseslərinin bir daha yüksək olmasını 2016-2017-ci il dərs-tədris ilinin elə ilk günlərindəcə orada olarkən şahidi olduq.Məktəbin Şərəf lövhəsində hər il olduğu kimi bu ildə də adı əlaçılar sırasında olan bir neçə şagirdin fotosərgisi əks olunmuşdur.

Paytaxt məktəbləri arasında keçirilən Fənn Olimpiadaları mükafatçıları sırasında 48 saylı məktəbin xüsusi çəkisi vardır.Hər cür lazımi inventarlarla təchiz olunmuş bu təhsil ocağı 3 mərtəbədən və 60-dan artıq sinif otağı, müəllimlər otağı və digər otaqlardan ibarətdir.O cümlədən bütun sinif otaqları istilik sisitemi ilə , həmçinin əyani və qiyabi dərs vəsaitləri ilə yüksək formada təchiz olunması bir daha bu təhsil ocağına rəhbərlik edən Şahismayıl Rüstəmovun necə də tutduğu mövqeyi üzrə peşəsinə sadiq qalaraq müəllimlik fəaliyyətini ,əsl pedaqoqikanı nümayiş etdirir.
48 saylı Tam orta  məktəb- Xətai rayonunda qabaqcıllar sırasında…
Pedaqoji fəaliyyətin tələbindən irəli gələn , dərs zamanı və dərsdən sonra da şagirdlərə bu göstərilən xoş, təqdirəlayiq hallar, Şahismayıl müəllimin bir daha müəllim peşəsinə sözün əsl mənasında fədakar yanaşmasını təcəssüm etdirir.Bu nöqteyi-nəzərdən də öz övladı kimi əziz tutduğu şagirdlərə ehtiramla göstərilən direktorluq, müəllimlik, əsl fədakarlıq çoxsaylı şagird və müəllim heyəti tərəfindən ,o cümlədən valideynlər tərəfindən də sorğu zamanı yüksək qiymətləndirildi.Bu fədakarlıq terminini də ələlxüsus ona görə bu pedaqoq barəsində iftixarla bildirmək yerinə düşür ki,şagirdlərə dərs tapşırıqlarının verilməsi ilə bərabər həmçinin yaddaş və intellekt səviyyəsinin gücləndirilməsi ,onların elə uşaq yaşlarından vətənə,anaya həsr olunmuş şeir və mətnlərinin yazdırılmasında xüsusi olaraq özünü biruzə verir.
48 saylı Tam orta  məktəb- Xətai rayonunda qabaqcıllar sırasında…
Bundan başqa Şahismayıl müəllim, şagirdlərin valideynləri ilə mütəmadi –vaxtaşırı olaraq iclaslarını sinif rəhbərlərilə birgə təşkil edərək onların bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi məqsədilədigər xüsusi tapşırıq və tövsiyyələri,uşaq psixologiyasının inkişafına xidmət edən davranış qaydalarını pedaqoqikadan irəli gələn formada tətbiq edilməsini zəruri hesab edir.

Bütün bu xidmətləri gərgin əməyi ilə artıq neçə illərdir ki,Şahismayıl müəllim bir rəhbər olaraq fəaliyyət göstərdiyi Xətai rayon 48 saylı Tam orta ümumtəhsil məktəbində respublikamızın təhsil sisteminin inkişafına töhfələr verərək həyata keçirir."Xəbəraz.az " saytı olaraq Biz də bu çətin , lakin çox şərəfli işlərdə, əmək fəaliyyətində yeni-yeni yaradıcılıq uğurları və müvəffəqiyyətlər arzu edirik!

TURAL VAHİD

48 saylı Tam orta  məktəb- Xətai rayonunda qabaqcıllar sırasında…
48 saylı Tam orta  məktəb- Xətai rayonunda qabaqcıllar sırasında…
Geri dön