Ana Sayfa > M / Karusel / Hadisə / M2 / Foto-fakt > Bakı-Qazax yolunda ağır qəza: Sürücü ölüb, sərnişin yaralanıb - FOTO

Bakı-Qazax yolunda ağır qəza: Sürücü ölüb, sərnişin yaralanıb - FOTO


23-05-2015, 23:34. Yazar: Xeberaz
Bakı-Qazax yolunda ağır qəza: Sürücü ölüb, sərnişin yaralanıb - FOTO
Araşdırma aparılır.

Bakı-Qazax magistral yolunun Goranboy rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Xeberaz.az APA-ya istinadən xəbər verir k, hadisə mayın 23-də saat 03:00 radələrində baş verib.

Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü Aftandil Salmanov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarına aşırıb. Qəza zamanı sürücü ölüb, avtomobildə olan sərnişin, Gəncə şəhər sakini, 1956-cı il təvəllüdlü Mayıl Haqverdiyev ağır yaralanaraq Gəncədə olan xəstəxanaların birinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.



Geri dön