Ana Sayfa > M / Karusel / Təhsil > Təhsil İdarəsi 3 rayon üzrə səyyar qəbul keçirib

Təhsil İdarəsi 3 rayon üzrə səyyar qəbul keçirib


10-10-2016, 17:23. Yazar: Xeberaz
Təhsil İdarəsi 3 rayon üzrə səyyar qəbul keçirib

Bakıdakı 156 nömrəli tam orta məktəbdə Pirallahı, Xəzər və Sabunçu rayonları üzrə müəllim və valideynlərin ənənəvi səyyar qəbulu keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ( BŞTİ) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, BŞTİ rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bildirək ki, yeni tədris ilində təşkil olunmuş ilk səyyar qəbulda 32 nəfər vətəndaş iştirak edib.
Qəbula gələn vətəndaşlar məktəblərdə tədrisin təşkili, maddi-texniki təminat, dərslik, təhsil müəssisələrinin təmiri və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

Geri dön