Ana Sayfa > M / Karusel / İdman > Rövnəq Abdullayev Braziliyada

Rövnəq Abdullayev Braziliyada


11-08-2016, 01:54. Yazar: Xeberaz
Rövnəq Abdullayev Braziliyada
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Braziliyanın Rio-de-Janeyro şəhərinə yollanıb.

Federasiyadan apasport.az saytına verilən xəbərə görə, bir neçə gün Rioda səfərdə olacaq Rövnəq Abdullayev milli komandamızın üzvləri ilə görüşüb və Olimpiya Oyunlarının cüdo yarışlarını izləyib.

Qeyd edək ki, cüdoçumuz Rüstəm Orucov (73 kq) Rio olimpiadasında Azərbaycana ilk medalı qazandırıb. Rüstəm yalnız finalda uduzaraq gümüş medala sahib olub. Məmmədəli Mehdiyev (90 kq) isə 7-ci olub.
Geri dön