Ana Sayfa > M / Karusel / Siyasət / Foto-fakt > Vyetnam prezidenti Azərbaycana rəsmi səfər gəlib - FOTO

Vyetnam prezidenti Azərbaycana rəsmi səfər gəlib - FOTO


13-05-2015, 20:37. Yazar: Xeberaz
Vyetnam prezidenti Azərbaycana rəsmi səfər gəlib - FOTO
Hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Vyetnam Sosialist Respublikasının prezidenti Çıonq Tan Şanq Azərbaycana rəsmi səfərə gəlib.

Xeberaz.az -ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Vyetnam prezidentini və xanımı May Thi Hanı hava limanında Azərbaycan baş nazirinin I müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. Ali qonaq aeroportda Vyetnamın Azərbaycanda fəaliyyət göstərən diasporunun üzvləri tərəfindən coşqu ilə qarşılanıb.



Geri dön