Ana Sayfa > M / Karusel / Siyasət / Araşdırma > Uorlikdən Ermənistan və Azərbaycana ÇAĞIRIŞ

Uorlikdən Ermənistan və Azərbaycana ÇAĞIRIŞ


24-07-2016, 15:55. Yazar: Xeberaz

Uorlikdən Ermənistan və Azərbaycana ÇAĞIRIŞ
“ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəflərdən atəşkəs rejiminə ciddi riayət edilməsini gözləyr”.

APA-nın məlumatına görə, bunu Ermənistanın “Aravot” qəzetinə müsahibəsində ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

C. Uorlik deyib ki, Vyanada keçirilən görüşdən sonra atəşkəs rejimi əhəmiyyətli dərəcədə təmin edilib: “İstənilən güc tətbiqi həmsədrlər və həmsədr ölkələr tərəfindən ciddi mühakimə ediləcək. Vasitəçilər tərəfləri Vyana və Sankt-Peterburq görüşlərində əldə edilən razılaşmaları yerinə yetirməyə çağırır. Bu razılaşmalar ATƏT-in Monitorinq Qrupunun genişləndirilməsi, təmas xəttində insidentlərin araşdırılması mexanizminin yaradılmasını, münaqişənin hərtərəfli tənzimlənməsinə apara biləcək mahiyyəti üzrə danışıqların aparılmasını ehtiva edir. Sankt-Peterburqda tərəflər arasında danışıqların yenidən başlanılmasını görmək bizə ümid yaradıb. Növbəti addım monitorinq missiyasının genişləndirilməsidir. Bununla bərabər həmsədrlər tərəflərlə insidentlərin araşdırılması mexanizmi ilə bağlı təklif üzərində işi dayandırmayacaq”.
Geri dön