Ana Sayfa > M / Karusel / Siyasət / Qarabağdan xəbər var > Alman nazir Qarabağ üçün İrəvana gedir

Alman nazir Qarabağ üçün İrəvana gedir


28-06-2016, 01:12. Yazar: Xeberaz
Alman nazir Qarabağ üçün İrəvana gedir
ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın Xarici İşlər naziri Frank-Valter Ştaynmayer 29-30 iyun tarixlərində Ermənistana səfər edəcək.

ANS-in məlumatına görə, Ştaynmayer iyunun 29-u axşam erməni həmkarı Edvard Nalbəndyanla danışıqlar aparacaq, Ermənistan prezidenti Serj Sərkisyanla görüşəcək.

Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, nazirin görüşlərində əsas mövzu Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun himayəsi altında nizamlanması məsələsi olacaq.

Frank-Valter Ştaynmayer iyunun 23-də Berlində ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü zamanı Dağlıq Qarabağa səfər etmək niyyətində olduğunu bildirmişdi.
Geri dön