Ana Sayfa > M / Karusel / Gündəm > Ermənilərin atdığı mərmilər Tapqaraqoyunlu kəndində doqquz evi dağıdıb

Ermənilərin atdığı mərmilər Tapqaraqoyunlu kəndində doqquz evi dağıdıb


8-04-2016, 13:17. Yazar: Xeberaz
Ermənilərin atdığı mərmilər Tapqaraqoyunlu kəndində doqquz evi dağıdıb
Goranboyun sərhəd kəndlərində düşmənin vurduğu ziyanın həcmi müəyyənləşdirilir.

Bunu APA-ya açıqlamasında Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Elçin Cahangirov deyib.

Onun sözlərinə görə, komissiya əməkdaşları aprelin 2-dən 5-dək erməni silahlı birləşmələrinin artilleriya qurğularından atəşə məruz qoyduğu Tapqaraqoyunluda araşdırma aparırlar. İlkin məlumata görə, kənddə 9 fərdi ev tamami ilə dağılıb. 39 evə qismən, 32 evə isə az ziyan dəyib. Bundan başqa iki iaşə obyekti tam, biri isə qismən dağıdılıb. Həmçinin kəndin elektrik, qaz və yol təsərrüfatına xeyli ziyan dəyib. Ermənilərin atdığı mərmilər həyətyanı sahələrə də ciddi zərər vurub.

E. Cahangirov bildirib ki, dəyən ziyan dəqiqləşdirildikdən sonra Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliklə birgə yararsız hala düşən evlərin bərpası işlərinə başlanılacaq.

Geri dön