Ana Sayfa > M / Karusel / Siyasət > Sadıkovun erməni generalla görüşü — Atəşkəs Moskvada razılaşdırılıb

Sadıkovun erməni generalla görüşü — Atəşkəs Moskvada razılaşdırılıb


6-04-2016, 13:27. Yazar: Xeberaz
Sadıkovun erməni generalla görüşü — Atəşkəs Moskvada razılaşdırılıb
Azərbaycan-Ermənistan təmas xəttində ötən gün elan edilən atəşkəs Moskvada tərəflər arasında keçirilən görüşdə razılaşdırılıb.

"Xəbəraz.az " azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib.

Erməni nazirin sözlərinə görə, razılıq ötən gün Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və erməni həmkarı general-polkovnik Yuri Xaçaturov arasında Moskvada keçirilən görüşdə əldə olunub.
Geri dön