Ana Sayfa > M / Karusel / Şou-Biznes / M2 > "Sənə qurban olum, oxuma"- Teymur Əmrah

"Sənə qurban olum, oxuma"- Teymur Əmrah


17-04-2015, 14:53. Yazar: Xeberaz
"Sənə qurban olum, oxuma"- Teymur Əmrah

Əməkdar artist Teymur Əmrah "Gündəlik" verilişinin qonağı olub. “Qafqazinfo”nun məlumatına görə, əməkdar artist həmkarı Elza Seyidcahandan danışıb və onu müğənnilikdən uzaqlaşmağa səsləyib:


“Elzanın konsertinə fəxri qonaq kimi getmişdim, mənə də söz verdilər. Dedim ki, Elza, sənə qurban olum, oxuma. Tofiq Quliyev yazırdı, oxumaq üçün Şövqət Ələkbərovaya, Rəşid Behbudova verirdi. Öz mahnılarını ifa etməklə Elza tarixdə qalmayacaq. O peşəkar bəstəkardır, mükəmməl təhsil alıb. Ehtiyat edirəm, peşəkar müəllim kimi narahat oluram ki, avanqard mahnılarla Elza tarixdə qalmaz. Elza oxumasın, bəstələsin. Mahnıları versin başqası oxusun. Elzanın bəstəsi olan “Əl çəksin kədər” mahnısını Gülay Zeynallı çox qəşəng oxuyub. Elza heç vaxt mənim sözlərimdən incimir”.
Geri dön