Ana Sayfa > M / Karusel / İqtisadiyyat / Xəbəraz TV > Gömrük vergi və rüsumları ilə bağlı hökumətə təkliflər verildi – VİDEO

Gömrük vergi və rüsumları ilə bağlı hökumətə təkliflər verildi – VİDEO


31-03-2016, 23:32. Yazar: Xeberaz
Gömrük vergi və rüsumları ilə bağlı hökumətə təkliflər verildi – VİDEO
Aydın Əliyev açıqlama verib.

Dövlət Gömrük Komitəsi (DGK) gömrük vergi və rüsumları ilə bağlı hökumətə təkliflər təqdim edib.

"Xəbəraz.az " xəbər verir ki, Bu barədə Komitədən Oxu.Az-a bildirilib.

Məlumata görə, martın 30-da Türkiyə Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyətinin Bakı şəhərindəki ofisində sahibkarlarla Dövlət Gömrük Komitəsinin rəhbərliyi arasında görüş keçirilib.

DGK-nın sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev verilən təkliflərlə bağlı qeyd edib ki, Dövlət Gömrük Komitəsi yerli istehsalı qorumaq və inkişaf etdirmək məqsədilə Azərbaycanda istehsal edilən məhsullar üçün nəzərdə tutulan xammalın gömrük vergi və rüsumlarının azaldılması, ölkədə istehsal olunan, lakin xaricdən gətirilən eyniadlı məhsullar üçün isə gömrük vergi və rüsumlarının artırılması barədə təkliflərini hazırlayaraq hökumətə təqdim edib.


Geri dön