Ana Sayfa > M / Karusel / Siyasət > Ərdoğan ABŞ-da Diyarbəkir terrorundan danışdı

Ərdoğan ABŞ-da Diyarbəkir terrorundan danışdı


31-03-2016, 23:13. Yazar: Xeberaz
Ərdoğan ABŞ-da Diyarbəkir terrorundan danışdı
Prezident Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində “Türkiyənin 2023 hədəfləri” panelində çıxış edib.

Ərdoğan martın 31-də Diyarbəkirdə polisləri daşıyan avtobusa qarşı gerçəkləşdirilən terror aktından danışıb:

“Türkiyə hazırda dünyanın əli qanlı terror təşkilatlarının ortaq hədəfində olan bir ölkədir. Buna baxmayaraq demokratiya, azadlıq, hüquqi dövlət kimi yolumuza davam edəcəyik. Burda çıxış edərkən xəbər aldım ki, PKK-çılar Diyarbəkirdə polisləri daşıyan avtobusa qarşı bombalı hücum təşkil ediblər. Nəticədə, 7 polisimiz şəhid olub. 13-ü polis, 14-ü mülki vətəndaş olmaqla 27 nəfər yaralanıb. Bu terror aktını törədənləri şiddətli şəkildə qınayıram. Artıq səbrimiz qalmayıb. Lakin bizim terrorla mübarizə əzmimiz qırılmayacaq. Terror təşkilatı küncə sıxıldıqca çirkin üzünü ifşa edir. Məsum insanların qanını axıdan insanlara “terrorçu” deyə bilməyənlərin olduğunu artıq görürük”.
Geri dön