Ana Sayfa > M / Karusel / Dünya > İranın sanksiyaları dərhal götürmək tələbinə ABŞ-dan reaksiya gəldi

İranın sanksiyaları dərhal götürmək tələbinə ABŞ-dan reaksiya gəldi


10-04-2015, 01:49. Yazar: Xeberaz
İranın sanksiyaları dərhal götürmək tələbinə ABŞ-dan reaksiya gəldi
ABŞ Dövlət Departamentinin mətbuat katibi əvəzi Ceff Patke İran rəhbərlərinin, o cümlədən prezident Həsən Ruhaninin iyunun sonunda “altılıq”la imzalanacaq anlaşmadan dərhal sonra sanksiyaların götürülməsi tələbinə münasibət bildirib.

Xeberaz.az xarici qaynaqlara istinadən verdiyi məlumata görə, Departament rəsmisi bildirib ki, sanksiyaların götürülməsi mərhələli şəkildə və yalnız rəsmi Tehran tərəfindən nüvə sahəsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirildikdən sonra həyata keçiriləcək.

Patkenin sözlərinə görə, aprelin 2-də Lozannada əldə edilmiş anlaşmanın əsas müddəaları qüvvədə qalır. “Sanksiyaların qüvvəsinin müvəqqəti dayandırılması İranla şərtləşdirilmiş məsələlər onun tərəfindən görülüb başa çatdıqdan sonra reallaşacaq” – deyib ABŞ diplomatı.

Geri dön