Ana Sayfa > M / Karusel / İqtisadiyyat > “Sabiq deputatlar 2 aydır maaş almır - Spiker məzuniyyətdədir

“Sabiq deputatlar 2 aydır maaş almır - Spiker məzuniyyətdədir


17-01-2016, 20:52. Yazar: Xeberaz
“Sabiq deputatlar 2 aydır maaş almır -  Spiker məzuniyyətdədir
Milli Məclisin sabiq deputatları maaş ala bilmirlər.

Xəbəraz.az xəbər verir ki, musavat.com-un əldə etdiyi məlumata görə, parlamentin səlahiyyət müddəti bitmiş çağırışının təkrar seçilməyən üzvləri onlar üçün nəzərdə tutulan maaşı (deputat maaşının 80%-i) ala bilmirlər.

Milli Məclisdən onlara bildirilib ki, spiker Oqtay Əsədov məzuniyyətdədir. Ona görə də maaşların verilməsi ləngiyir.

Məlumatı sabiq deputatların bir neçəsi musavat.com-a təsdiqləyib.

Qeyd edək ki, sabiq deputatlar sonuncu dəfə noyabr ayının 12-sinə qədər olan maaşları alıblar.
Geri dön