Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aqil Abbas, Şahmar və Ramizin üzv olduğu - Təşkilat
Tarix: 27-12-2015 | Saat: 00:04
Bölmə:M / Karusel / Gündəm / Müsahibə | çapa göndər

Aqil Abbas, Şahmar və Ramizin üzv olduğu - Təşkilat

Azərbaycan ədəbiyyatında müxtəlif dövrlərdə bir-birindən fərqli ədəbi təşkilatlar, dərnəklər mövcud olub. Bu ədəbi dərnəklərdən biri də “Yaşıl qələmlər”dir.

Xeberaz.az xəbər verir ki, Axar.az yazıçı Eyvaz Zeynalov ilə “Yaşıl qələmlər” ədəbi dərnəyi haqda söhbətləşib:

Qarabağ hadisələrinə qədər...

- Əslində, bu dərnəyin adı “Gənc qələmlər” olub. Aydın Dadaşov (şəkildə ortada) onu rəmzi mənada “Yaşıl qələmlər” adlandırıb. Çünki onun üzvləri orada iştirak edərkən gənc olublar. Orada ilk qələm təcrübələrini keçib, ilk addımlarını atıb, ilk uğurlarını qazanıblar. Sonralar hərəsi bir tərəfdə özlərini doğruldub, qələm adamı, şair, yazıçı kimi məşhurlaşıblar.
“Gənc qələmlər” dərnəyi 60-cı illərin sonları, 70-ci illər və ondan sonra, arada bir qədər fasilələrlə də olsa, Qarabağ hadisələrinəcən fəaliyyətini davam etdirib. Ağdamda, “Lenin yolu” rayon qəzetinin nəzdində yaradılıb. Üzvlərinin ilk qələm təcrübələri elə həmin qəzetdə də vaxtaşırı çap olunub. Elə olub, hər ay dalbadal bir nömrə “Ədəbiyyat” səhifəsi buraxılıb. Dərnəyin rəhbəri gözəl şair, “Lenin yolu” qəzetinin işçisi Xudu Sadiq (Mustafayev) olub. Sonralar o, Bakıda Kənd Təsərrüfatı nəşriyyatında, partiya işində çalışıb.

Buna ehtiyac duyulmurdu...

Dərnək üzvləri, demək olar, hər bazar günü saat 10:00-da “Lenin yolu” qəzetinin redaksiyasında toplaşırdı. Bu yığıncaqlar çox gur keçir, 3-4 saat uzanırdı. Dərnəkdə Bakıdan gələn məşhur şair və yazıçılardan, elm adamlarından qonaqlar da olurdu. O zaman bu cür dərnəklərin özlərinin xüsusi bir jurnal təsis etməsi, buraxması təcrübəsi yoxdu. Həm də buna ehtiyac da duyulmurdu. “Lenin yolu” qəzetinin “Ədəbiyyat” səhifəsi çıxan nömrəsi əl-əl gəzirdi. Mən deyərdim, şeirə, hekayəyə həmin dərnəkdəki ciddi tələb, yanaşma heç bu saat rəsmi yazarlar birliklərində, jurnal və qəzetlərdə, saytlarda da yoxdur. Məhz elə bunun nəticəsiydi ki, sonralar dərnək üzvlərinin çoxu öz yazıları, əsərləri ilə nəinki respublikda, ondan kənarda da tanındılar. Onların yazıları “Lenin yolu”ndan başqa, rayonda fəaliyyət göstərən radio dalğalarında səsləndirilir, respublika mətbuatında çap edilir, almanaxlara salınır, şeir, hekayə toplularında yer alırdı. Sonralar dərnək üzvlərinin Bakıda dalbadal ayrıca kitabları çıxmağa başladı.

Keçən il dünyasını dəyişdi...

“Gənc qələmlər” dərnəyində bu ədəbiyyat adamları yer alırdı: Şahmar Əkbərzadə, Aqil Abbas, Həsən Qəhrəmanov, Vaqif Məmmədov, Rəhman Babaxanlı, Qamboy Əliyev, Mustafa Çəmənli, Elçin Mehrəliyev, Aydın Dadaşov, Ziyəddin Səlimov, Möhsüm Hüseynov, Xanış Məmmədov, Ramiz Mövsüm, Eyvaz Zeynalov, Fəxrəddin Sofulu, Vaqif Zeynalov, Şamil Namaz, Qulu Ağsəs, Ziyəddin Soltanov, Rəşad Məcid, Yusif Rzayev, Elçin İsgəndərzadə, Rəfail Tağızadə... Çoxdur... Adlarını xatırlamadıqlarım günahımdan keçsinlər. Adlarını sadaladıqlarım neçə kitab çap etdirmişlər, hazırda Milli Akademiyada, qəzet və jurnallarda, nəşriyyatlarda, radio, televizorda çalışanlardır. Şair B. Rəhman televiziyada idi, keçən il dünyasını dəyişdi, o birilərdən də dünyasını dəyişənlər var. Onlar haqqında internetdə də az-çox məlumat var.

Kara(b)ağlayan hikayeler...

Mən hələ orta məktəbin 9-cu sinfində oxuyanda həmin dərnəkdə iştirak etmişəm. Elə həmin vaxt da ilk hekayəmi bəyənib qəzetdə çap ediblər. İndi ondan artıq kitabım çıxıb. Bir kitabım 2010-cu ildə Tiflisdə 2 dildə, Azərbaycan və gürcü dilində (“Uşaq hekayələri və nağıllar” – bu 700 tirajla ordakı məktəblərdə sinifdənxaric oxu üçün nəzərdə tutulmuşdu), 2011-də Ankarada türk dilində “Kara(b)ağlayan hikayeler”, 2015-ci ildə əvvəl Almaniyada alman dilində “Bələdçi” romanım, sonra bu yaxınlarda İstanbulda yenə türk dilində “Əski bisiklet” (Köhnə velosiped) adlı hekayələr kitabım nəşr olundu.


Xəbəri paylaş

7598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___