Prezident İlham Əliyev hərbi məktəbləri ləğv etdi
Tarix: 25-12-2015 | Saat: 20:01
Bölmə:M / Karusel / Siyasət / Bizim seçim | çapa göndər
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin sistemində olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.
Xeberaz.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sistemində olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətini təkmilləşdirmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi quru qoşunları, hərbi hava qüvvələri, hava hücumundan müdafiə və hərbi dəniz qüvvələri fakültələri yaradılmaqla, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qoşulsun.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin nizamnaməsinin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".
Xəbəri paylaş
1 3148 dəfə oxunub.
Digər xəbərlər

14-01-2016, 11:01
Röya yenə coşdu: “Azərbaycanı bəyənməyib...” QALMAQAL
5-04-2017, 17:10
"Eurovision" Ukraynanın əlindən alınıb Almaniyaya verilir
12-07-2021, 11:01
Azərbaycanda küçədən yeni doğulmuş oğlan uşağı tapıldı
29-03-2021, 14:26
Videosu yayılan Nihad Əliyev deyil- Həqiqət üzə çıxdı-AÇIQLAMA
10-07-2017, 20:18
Ağaoğluyla görüntülənən Naz: "Necə qadınamsa..." - FOTO
31-07-2015, 15:55
Avqustun ilk günü 42 dərəcə isti olacaq
1-08-2016, 11:13
Azərbaycanda həbsxanada toy: Tofiq Yaqublunun qızı ərə gedir
19-05-2015, 12:56
Nazirlik daha 2 rayonda əmək yarmarkası təşkil edəcək.
13-03-2019, 05:35
Damarları sağlam saxlayan məhsul