Bu gün İlham Əliyevin doğum günüdür
Tarix: 24-12-2015 | Saat: 08:59
Bölmə:M / Karusel / Gündəm / Təbriklər | çapa göndər
Dövlət başçısının 54 yaşı tamam olur.
Bu gün Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür.
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İ. Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ - MQİMO) daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib.
1985-ci ildə dissertasiya müdafiə edən İ. Əliyev tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək MDBƏİ-də müəllim işləyib. Gələcək dövlət başçısı 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb.
1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. AŞPA-da siyasi fəaliyyəti çərçivəsində 2003-cü ilin yanvar ayında qurumun sədr müavini və Büro üzvü seçilib. 2003-cü ildə baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar İlham Əliyevin deputat səlahiyyətlərinə xitam verilib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti seçilib və oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88 faizindən çoxunun səsini qazanan İlham Əliyev yenidən Azərbaycan Respublikasının prezidenti seçilib.
2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində isə növbəti dəfə qələbə qazanıb.
Qeyd edək ki, İlham Əliyev həmçinin 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.
Evlidir. Üç övladı var.
Xeberaz.az kollektivi Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, dövlət başçısına uzun ömür, cansağlığı, fəaliyyətində uğurlar arzulayır!
Xəbəri paylaş
7318 dəfə oxunub.
Digər xəbərlər

13-07-2020, 17:55
"Belə xalqla biz Qarabağı mütləq qaytaracağıq" - Mehriban Əliyeva
27-09-2015, 13:21
Salyanda 27 yaşlı qız intihara cəhd edib
20-09-2016, 18:20
İlham Əliyevdən sensasion - Açıqlamalar +Video
4-10-2016, 16:10
Nadir Qafarzadə boşanma mövzusuna nöqtə qoydu: “Əzizlərim” – VİDEO
17-10-2018, 10:15
Yuxu zamanı insan bədənində baş verən 10 MÜHÜM DƏYİŞİKLİK
8-10-2016, 09:40
4 dəqiqəyə dümdüz qarına sahib ol - VİDEO
10-08-2021, 21:07
Nəsimi icra başçısı camaatı evindən zorla çıxarır – Video
8-05-2016, 11:42
Kamal Abdulla akademik seçildi
29-02-2016, 13:54
Bakıda yeni idman kompleksləri tikiləcək
12-04-2015, 20:52
Otuz yaşından sonra Beyində nələr baş verir-Oxumağınız vacibdir