Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Yerli məhsullarda qiymət artımı yox, əskinə endirim gözlənilir”
Tarix: 22-12-2015 | Saat: 17:34
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

“Yerli məhsullarda qiymət artımı yox, əskinə endirim gözlənilir”
“Yerli məhsullarda qiymət artımı yox, əskinə endirim gözlənilir”.

Hər il olduğu kimi bu il də bayramla bağlı kənd təsərrüfatı məhsullarının yarmarkaları təşkil olunacaq.

Xeberaz.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, yarmarkalar dekabrın 26-dan yanvarın 5-ə kimi paytaxtın müxtəlif yerlərində, o cümlədən, Sumqayıtda keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin katibi Murtuzəli Hacıyev deyib ki, yarmarkaların təşkili ilə bağlı hazırda işlər gedir. Artıq yerlər seçilib.

"Bu il ötən illərə nisbətən yarmarkaların sayı az olacaq. Ən böyük yarmarka Sumqayıt şəhərində təşkil olunacaq. Bu il kənd təsərrüfatı yarmarkalarının sayının az olması paytaxtın bəzi yerlərində gedən təmir-tikinti işləri ilə bağlıdır".

M.Hacıyevin sözlərinə görə, yarmarkalarda yerli məhsullarda qiymət artımı yox, əskinə endirim gözlənilir.

Paytaxtın Yasamal və Nəsimi rayonlarında da yarmarkaların təşkili ilə bağlı İcra Hakimiyyəti ilə danışıqlar gedir.


Xəbəri paylaş

6138 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___