Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Həbsdəki MTN generalının qohumu danışdı
Tarix: 17-12-2015 | Saat: 15:22
Bölmə:M / Karusel / Foto-fakt / Xəbəraz TV | çapa göndər

“Həbsdəki MTN generalının qohumu danışdı
Füzuli Rayon Təhsil Şöbəsinin müdiri Almaz Haşımova MTN olaylarına görə işdən çıxarılması barədə iddialara münasibət bildirib.

“Qafqazinfo”ya açıqlama verən sabiq müdir öz ərizəsi ilə işdən çıxdığını bildirib: “Özüm ərizə yazaraq işdən ayrılmışam. Bunun MTN məsələsi ilə heç bir əlaqəsi yoxdur. Təhsil şöbələri regional quruma çevirildiyi üçün bu şərtlərlə işləmək istəməmişəm. Sübahir Qurbanov da mənim qudam deyil. Sadəcə qohumluq əlaqəmiz var. Daha dəqiq desəm, mənim bacım onun qohumlarının biri ilə ailə həyatı qurub. Bu da uzun illər əvvəl olub – yəni indi bacımın 67 yaşı var. Məni Sübahir Qurbanovun qudası kimi təqdim edirlər. Amma 3 oğlumun həyat yoldaşlarının heç biri onun uzaq qohumu belə deyil”.

A.Haşımova külli miqdarda pul mənimsəməsinə dair iddialara da münasibət bildirib: “Keçən ilin aprel-iyun aylarında bizdə yoxlamalar olub. Əgər deyildiyi kimi yeyinti faktoru olsaydı, hökumətə xəbər verilərdi. Biz tenderlə iş görmürük. Yazıda Füzuli RTŞ-nin xərclərini ödəmək məqsədilə keçirilən tenderlərdə külli miqdarda pul mənimsədiyim qeyd olunub. Əvvəla, biz tenderlə iş görmürük. Yazılan 400-300 min pulu hökumət özü verib”.

A. Haşımova 37 ildir təhsil sahəsində çalışdığını və bu müddədə qeyri-qanuni adıım atmadığını deyib: “Mən 2 dəfə SSRİ mükafatı almışam, şəhər Sovetinin deputatı seçilmişəm. Hər zaman şagirdlərin yüksək təhsil alması mənim üçün vacib olub. Bu il də Füzuli rayonundan 553 məzun ali məktəblərə sənəd verib. Onların 418-i tələbə adını qazanıb. Onlardan isə 362-si yüksək balla ali məktəblərə qəbul olunub. Əslində, belə informasiyaların kim tərəfindən yayıldığı mənə məlumdur. Amma bunlardan qətiyyən narahat deyiləm”.
Qeyd edək ki, hazırda A.Haşımovanın yerinə hər hansı bir təyinat olunmayıb.

Xatırladaq ki, “Yeni Müsavat” qəzeti Almaz Haşımovanın vəzifəsindən azad edilməsinə səbəb kimi MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəisi Sübahir Qurbanovla bağlı olduğunu bildirib. Bundan başqa, Füzuli RTŞ-nin xərclərini ödəmək məqsədilə keçirilən tenderlərdə külli miqdarda pul mənimsənildiyi, tenderlərin əksəriyyətini məhz A.Haşımovaya məxsus olan “Valeh-H" MMC, “Ülkər-H” MMC, Vüsal-84 MMC, “Nəfs-RR” MMC firmaları qazandığı bildirilir. Məlumatda həmçinin vurğulanıb ki, tenderlərə ayrılan vəsaitin heç 30 faizi təyinatına görə xərclənmir və ayrılan vəsaitlərin çox hissəsi mənimsənilir. Maliyyə Nazirliyi tərəfindən aparılmış yoxlama nəticəsində şöbədə 600 min manatlıq mənimsəmə faktı aşkarlayıb.


Xəbəri paylaş

7528 dəfə oxunub.

Digər xəbərlər
28-07-2017, 12:47 Sabahın havası

bütün xəbərlər
____ Instagram ___