Zakir Həsənov cəbhəyə getdi – FOTO
Tarix: 16-12-2015 | Saat: 13:36
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
MN məlumat yaydı.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən birlik, birləşmə və hərbi hissələrdə olub.
Xeberaz.az-ın Nazirliyin mətbuat xidmətinə əsasən verdiyi xəbərə görə, müdafiənin ön xəttində yerləşən hərbi hissələrdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri, onların döyüş hazırlığı və sosial-məişət şəraiti ilə maraqlanıb.
Məlumat verilib ki, yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən şəxsi heyət qablaşdırılmış qida məhsulları, o cümlədən gündəlik olaraq küftə, üç növ dolma və digər milli xörəklərlə, əşya-əmlak, yanacaq və istiliklə tam təmin olunub.
General-polkovnik Z.Həsənov xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu mükafatlandırıb, onlara qiymətli hədiyyələr təqdim edib.
Düşmənlə təmas xəttində yerləşən bölmələrdən birində komanda müşahidə məntəqəsinə baş çəkən Müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti, müdafiə zolağında həyata keçirilən tədbirlər barədə məruzə edilib.
Müasir avadanlıqlarla təmin edilən Ön İdarəetmə Mərkəzində olan Müdafiə naziri onun fəaliyyəti, qoşunların daimi idarə olunması, birlik və birləşmələrin qərargahları ilə bölmələr arasında qarşılıqlı operativ əlaqə, rabitə və elektron vasitələrin dayanıqlığı və əhatə dairəsi, eləcə də döyüş və ya əməliyyatların idarə olunması imkanlarını yoxlayıb.
Xəbəri paylaş
5898 dəfə oxunub.
Digər xəbərlər

29-12-2019, 10:00
Bakıda qadın əri tərəfindən döyülərək kolluğa atıldı - 3 gün sonra öldü
6-07-2019, 13:39
Bakıda oğurluq edən ər-arvad həbs olundu
26-11-2021, 10:45
Sumqayıt Tibb Kollecinin direktoru, Səttar Mehbalıyevin qohumu Rəfael Eyvazovun əməlləri.. - Rəfael Eyvazovun “ölü canlar”ı...
28-02-2019, 12:56
Faytonçu Nazim qəza törətdi
25-06-2017, 22:47
Məqsədli öpüşlər... - BUSƏLƏRİN MƏNASI
22-06-2017, 13:32
"Ayda bir dəfə manikürə və pedikürə gedirəm" - Səməd Səmədov
28-05-2020, 17:10
Şirvanda yaşadığı qadını marketdə döyən jurnalist saxlanıldı - VİDEO
3-01-2017, 12:13
Sabah Bakıda yaz havası olacaq
10-04-2015, 23:02
Bakıda hündürmərtəbəli yanıb kül oldu – FOTO + VİDEO + YENİLƏNİB
19-04-2015, 01:12
Namaz Harada qılınmalıdr?