Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərləri Tiflisdə görüşəcəklər
Tarix: 13-12-2015 | Saat: 17:58
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

 Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərləri Tiflisdə görüşəcəklər
Bir sıra vacib məsələlər müzakirə olunacaq.

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü dekabrın 21-22-də Tiflisdə keçiriləcək.

Xeberaz.az xəbər verir ki, bu barədə APA-nın Gürcüstan müxbirinə bu ölkənin xarici işlər naziri Giorgi Kvirikaşvili bildirib.

Onun sözlərinə görə, üç ölkənin nazirləri görüş çərçivəsində bir çox istiqamətlərdə günün aktual və vacib məsələlərini müzakirə edəcəklər:

“Üçtərəfli görüşdə bizim bir çox istiqamətlərdə əməkdaşlığımız barədə aktual məsələlər müzakirə olunacaq. İlk növbədə ölkələrimiz arasında strateji tərəfdaşlıq, həmçinin iqtisadi əməkdaşlıq, o cümlədən Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinin vəziyyəti və “İpək Yolu” layihəsi üzrə əməkdaşlıq çərçivəsində digər nəqliyyat-loqistika layihələr və başqa vacib məsələlər müzakirə olunacaq”.


Xəbəri paylaş

6128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___