Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
Prezident: "Gəlirlərimizin əhəmiyyətli dərəcədə aşağı düşməsinə baxmayaraq..."
Tarix: 13-12-2015, 13:59 | Saat: 15:47:00
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

Prezident: "Gəlirlərimizin əhəmiyyətli dərəcədə aşağı düşməsinə baxmayaraq..."

"Azərbaycan yaxşı idarəçilik nümayiş etdirir. Neft istehsal edən ölkələr arasında Azərbaycan hələ də inkişaf etməkdə olan azsaylı ölkələrdəndir. Gəlirlərimizin əhəmiyyətli dərəcədə aşağı düşməsinə baxmayaraq, bu il təxminən 4 faiz iqtisadi artım gözlənilir. Buna da əsasən iqtisadiyyatın şaxələndirilməsi siyasəti nəticəsində nail olunub".

Xeberaz.az-in məlumatına görə, bunu prezident İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində Renmin Universitetinin "Tarix üzrə fəxri professor” diplomunun təqdim edilməsi mərasimi zamanı çıxışında söyləyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan qapılarını sərmayələr üçün açıb və adambaşına düşən investisiya, birbaşa xarici sərmayələrin həcmi çox yüksək səviyyədədir: "Sənaye sahələrini, infrastrukturu yaratmaq və sərmayədarları Azərbaycana dəvət etmək üçün öz vəsaitlərimizi investisiya etmişik. İqtisadiyyatın şaxələndirilməsi prosesinin uğurlu olması sübuta yetirildi. Biz ölkəmizdə işləyəcək daha çox sayda Çin şirkətlərini görməyə ümid edirik, xüsusilə sənaye istehsalı, informasiya texnologiyaları, yüksək texnologiyalar, kənd təsərrüfatı sahələrində və bir çox digər sahələrdə. Çünki ölkələrimiz arasında çox yaxşı dostluq münasibətlərinin olmasını əsas tutaraq biz bu münasibətlərə çox vacib olan iqtisadi komponenti də əlavə etməliyik. Azərbaycan investisiyaların yatırılması nöqteyi-nəzərindən çox cəlbedici ölkədir. Xarici sərmayələr lazımi şəkildə qorunur".

İlham Əliyev qeyd edib ki, Azərbaycan inkişaf edir, bizim gələcək üçün böyük planlarımız var: "Məqsədimiz Azərbaycanı dünyanın inkişaf etmiş ölkəsinə çevirməkdir. Düşünürəm ki, bunun üçün yaxşı imkanlar mövcuddur. Biz təhsilə böyük diqqət yetiririk. Çünki bu, hər bir ölkənin gələcəyidir. İqtisadiyyatı irəli aparan və ölkənin uğurunu nümayiş etdirən təbii ehtiyatlar yox, təhsil və əhalinin intellektual səviyyəsidir. Bu sahədə biz Çin ilə daha fəal şəkildə əməkdaşlıq aparmaq istəyirik. Qeyd etdiyim kimi, Renmin Universiteti ilə öz universitetlərimiz arasında daha da sıx əməkdaşlıq görmək istəyirəm. Çünki təhsil bizim üçün əsas prioritetlərdən biridir. Bizdə savadlılığın səviyyəsi demək olar ki, 100 faizdir. Bizim əsas məqsədimiz enerji ehtiyatlarının qiymətinin aşağı düşməsi ilə bağlı müvəqqəti çətinliklərə baxmayaraq, elə təhsil sisteminə malik olmaqdır ki, o, Azərbaycanın inkişaf etməsinə imkan yaratsın. Bizim əsas məqsədimiz iqtisadiyyatımızın çox güclü qeyri-neft sektorunu yaratmaq, texnologiyaları inkişaf etdirmək, təhsil və elmə sərmayə yatırmaq və insanlarımız üçün daha yaxşı həyat şəraiti yaratmaqdır. İqtisadi islahatlar güclü sosial siyasətlə dəstəklənib. Yoxsulluğun və işsizliyin azalması bu siyasətin uğurlu olmasını göstərir. Beləliklə, ölkəmizin inkişafı haqqında qısaca olaraq bu qədər".

Dövlət başçısı vurğulayıb ki, bizim gələcək üçün planlarımız ölkəmizin milli maraqlarına söykənir: "Biz regionda sülhün olmasını istəyirik və siyasi səylərimizi gərginliyin azalmasına istiqamətləndiririk. Qeyd etdiyim kimi, biz beynəlxalq terrorizmə, radikalizmə, separatizmə qarşı fəal mübarizə aparırıq. Biz bütün konfessiya və etnik qrup nümayəndələrinin sülh və harmoniya içərisində yaşadığı multikulturalizm cəmiyyətinə malik olmağımızdan qurur duyuruq. Artıq Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Bu, bizim böyük dəyərimizdir. Biz bu dəyərləri təşviq etmək istəyirik".шаблоны для dle 11.2

3068 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___