Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Media nümayəndələri azərbaycanlı səfirlə görüşdə (FOTO)
Tarix: 11-12-2015 | Saat: 19:23
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Media nümayəndələri azərbaycanlı səfirlə görüşdə (FOTO)
Xəbər verdiyimiz kimi, bu gün azərbaycanlı jurnalistlər Brüsseldə bir sıra görüşlər keçiriblər.

Trend xəbər verir ki, Azərbaycanın NATO-dakı daimi nümayəndəliyinin rəhbəri Xəzər İbrahimlə görüşdən sonra, media nümayəndələri günün ikinci yarısında Azərbaycanın Belçika Krallığındakı səfiri və eyni zamanda Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərovla da görüşüblər.

Səfirlikdə olan yazarlar səfirliyin iş fəaliyyəti ilə tanış olublar. Burada da səfir jurnalistlərə geniş müsahibə verərək, Azərbaycan-Avropa İttifaqı arasındakı münasibətlərdən danışıb. Səfir xüsusilə, Azərbaycanla Avropa İttifaqı arasında yaranmış son məsələlərə aydınlıq gətirib. Belə bir fikir ifadə olunub ki, Azərbaycanla sözügedən qurum arasındakı münasibətin nikbin gələcəyi var. Səfir əminliklə vurğulayıb ki, Avropada Azərbaycan dəyərlərinə böyük ehtiyac var. Azərbaycanın dövlət modeli yüksək qiymətləndirilir, bu əlaqələr də gələcəkdə yüksələn xətlə inkişaf edəcək.

Daha sonra jurnalistlər bir neçə saat sonra başlayacaq “Qarabağ” - “Anderlext” oyununa yola düşüblər. Oyundan sonra da media nümayəndələri mətbuat konfransında iştirak edəcəklər.
Media nümayəndələri azərbaycanlı səfirlə görüşdə (FOTO)
Media nümayəndələri azərbaycanlı səfirlə görüşdə (FOTO)


Xəbəri paylaş

5698 dəfə oxunub.

Digər xəbərlər
30-01-2016, 17:36 Bakıda polis bıçaqlandı

bütün xəbərlər
____ Instagram ___