Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dini Komitədən Nardarandakı axundun həbsinə - REAKSİYA
Tarix: 11-12-2015 | Saat: 17:35
Bölmə:M / Karusel / Hadisə / İbadət | çapa göndər

Dini Komitədən Nardarandakı axundun həbsinə - REAKSİYA
“Hüquq-mühafizə orqanları tərəfindən heç bir müdaxilə edilməyib”.

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Nardarandakı Rəhimə Xanım ziyarətgah-məscidinin həbs olunan axundu Nuhbala Rəhimov və bağlanan “Hüseyniyyə” məscidi ilə bağlı açıqlama yayıb.

Komitənin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumatda deyilir ki, din xadimi kimi təqdim olunan N. Rəhimov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçmiş hər hansı dini icmanın rəhbəri deyil:

“Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsindən Dövlət Komitəsinə verilən məlumata əsasən, N. Rəhimovun din xadimi kimi də rəsmi təyinatı yoxdur. Dini icması Dövlət Komitəsində qeydiyyatdan keçməmiş “Hüseyniyyə” məscidinin bağlanması barədə məlumata gəlincə, bildiririk ki, ümumiyyətlə Nardarandakı ibadət evlərinin fəaliyyətinə Dövlət Komitəsi və hüquq-mühafizə orqanları tərəfindən heç bir müdaxilə edilməyib".


Xəbəri paylaş

7528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___