Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Jurnalistdən Ərdoğanı güldürən sual: "Qızım onlar necə alsın?" (VİDEO)
Tarix: 11-12-2015 | Saat: 15:20
Bölmə:M / Karusel / Siyasət / Xəbəraz TV | çapa göndər

Jurnalistdən Ərdoğanı güldürən sual: "Qızım onlar necə alsın?" (VİDEO)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina Prezident Şurasının üzvləri Draqan Koviç və Bakir İzzətbeqoviç ilə ortaq mətbuat konfransı keçirib.

BAKU.WS-in məlumatına görə, mətbuat konfransında bir jurnalist Rusiyanın almadığı tərəvəz və meyvələri Bosniya və Herseqovinanın ala biləcəyi ehtimalı ilə bağlı sual verib. Bakir İzzətbeqoviç Rusiyanın geri qaytardığı meyvə-tərəvəzin Bosniya və Herseqovina tərəfindən alınmasına mümkün ola biləcəyini ancaq ölkəsinin kişik bir ölkə olduğunu xatırladıb.

Türkiyə prezidenti Ərdoğan isə jurnalistin sualına zarafatla cavab verib: "Qızım bu tərəvəzləri Bosniya və Herseqovina necə alsın?".

Koviç isə Bosniya və Herseqovinada xorvatlar, bosniyalılar və serblərin bir arada yaşadıqlarını, bu səbəblə Rusiya qarşı siyasətdə daha həssas bir siyasət izləmək məcburiyyətində qaldıqlarını qeyd edib. Bakir İzzətbeqoviç isə Türkiyə və Rusiyanın bu mövzunu həll edəcəklərinə inandığını söyləyib.


Xəbəri paylaş

6748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___