Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Manatın dəyəri niyə möhkəm saxlanır və yaxud saxlanılmalıdır?... – RƏY
Tarix: 10-12-2015 | Saat: 19:35
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

Manatın dəyəri niyə möhkəm saxlanır və yaxud saxlanılmalıdır?... – RƏY
Valyuta ehiyatlarının azalması ötən ilin iyul ayından müşahidə edilir.

Neftin dünya bazar qiymətləri “döşəmə həddinə” - 40 ABŞ dolları səviyyəsinə yaxınlaşdıqca, Mərkəzi Bankın (AMB) da rəsmi valyuta ehtiyatları həcmi hər ay azaldıqca manatın məzənnəsinin 1 dollar = 1.05 AZN civarında saxlanılması əleyhinə olanların əlinə tənqid üçün daha çox fürsət düşür. Və “hər yerindən duran” AMB-i “top atışına” tutur ki, manat niyə sərbəst buraxılmır.

İş o yerə çatıb ki, bəzi xarici maliyyə qurumları da “dərs keçməyə” başlayıblar. Məsələn, Amerikanın nüfuzlu banklarından olan “Bank of Amerika Merrill Lynch” AMB-i manatın kursunu süni şəkildə sabit saxlamaq siyasətindən əl çəkməyə çağırıb. Qurum bildirib ki, indiki situasiyada - neftin qiymətinin düşməsi davam etdiyi bir şəraitdə bu cür monetar siyasətdən imtina etmək lazımdır.

“Bank of America” hesab edir ki, Azərbaycan manatının kursunu dollara nisbətdə sabit saxlamaq siyasəti yaxın müddətdə dəyişdirilməli və ya, yenidən 30-35% civarında ucuzlaşdırılmalı, ya da Rusiya ilə Qazaxıstanda olduğu kimi sərbəst üzən məzənnə siyasəti üzrə azad buraxılmalıdır.

Bəzi yerli ekspertlər də bu ideya və təkliflərdən əl çəkmirlər. Belə ki, həm neftin qiymətinin daha çox aşağı düşəcəyi ehtimalı ilə bağlı, həm AMB-in rəsmi valyuta ehtiyatlarının hər ay az qala 1 milyard ABŞ dolları azalması, həm ətraf ölkələrdə devalvasiya tədbirləri, həm ABŞ dollarının bütün dünyada bahalaşması ilə əlaqədar, həm də ölkədə iqtisadi aktivliyi bərpa etmək və ixrac potensialından istifadə imkanlarının məhdudlaşması qarşısını almaq məqsədilə manatın 1 dollar = 1.05 AZN məzənnədən sərbəst buraxmaq lazım gəldiyi vurğulanır.

Ancaq məsələ bundadır ki, bütün bunlar olduqca çox bəsit şəkildə irəli sürülür.

Bəs, əslində, vəziyyət necədir? AMB manatın məzənnəsini niyə möhkəm saxlayır?

Məsələ bundadır ki, manatın dəyərini inzibati yolla möhkəm saxlayan AMB-i tənqid edənlər nədənsə nəzərə almırlar və yaxud da dəqiq desək, nəzərə almaq istəmirlər ki, Azərbaycandan ümumi ixracın 77,72%-ni xam neft təşkil edir. Bu isə o deməkdir ki, manatın dəyəri adı çəkilən məhsulun dünya bazar qiymətlərindən asılı vəziyyətdədir.

Sual olunur: belə şəraitdə AMB manatı hansı mexanizmlə tənzimləməlidir?

Sözsüz ki, inzibati mexanizmlə...

AMB-in cari ilin fevral ayında manatı ABŞ dollarına görə 34 % ucuzlaşdırmasına münasibətdə bəzi ekspertlər qeyd edirlər ki, bu cür addım atmaqdansa Rusiyada olduğu kimi sərbəst üzən məzənnə siyasətinə keçid daha məqsədəuyğun olardı. Və iddia edilir ki, guya, bu zaman ola bilsin, kurs 34 % deyil, daha çox ucuzlaşacaqdı, amma sərbəst bazar qanunları, maliyyə bazarındakı tələb və təklifin nisbəti məzənnəni bir müddətdən sonra tənzimləyəcək, kəskin enişin qarşısı alacaqdı.

Çünki Rusiyada Mərkəzi Bank tərəfindən ötən ilin dekabr ayında sərbəst üzən məzənnə siyasətinə keçidlə əlaqədar da rubl qısa müddət ərzində 2 dəfəyə qədər ucuzlaşdısa da, sonra sabitlik qazandı və yenidən dəyər əldə etməyə başladı.

Hətta az qala əvvəlki səviyyəyə qayıtmağa belə, cəhd göstərdi.

Sözümüz bunda deyil.

Bəs, Azərbaycanda manat üçün belə şərait və imkan varmı? Hansı zəmanətə əsasən, söyləyə bilərik ki, manat üzrə də sərbəst üzən məzənnə siyasətinə keçilsə, sonradan bazar hər şeyi tənzimləyəcək?

Buna əsas varmı?

Əfsuslar olsun, bizdə hələki bunun üçün kifayət qədər əsas və amillər yoxdur. Rusiyanın və Qazaxıstanın ümumi ixracında qeyri-neft sektoruna məxsus çoxlu sayda məhsul növü və həcmi yer tutsa da, iş ondadır ki, bizdə isə əksinə, ümumi ixracın 77,72 %-ni təkcə xam neft təşkil edir, 6,61 %-ni isə neft məhsulları, 2 %-qədərini isə qaz ixracı tutur.

Sual olunur: manatın dəyəri sərbəst buraxılarsa, onun arxasında hansı qeyri neft-qaz məhsulları dayanacaq?

Odur ki, biz, əvvəlki şərhlərimizdə də qeyd etdiyimiz kimi, neftin qiyməti hətta 1 barelə görə 100 ABŞ dollarından yuxarı olduğu zaman da manatın dəyəri sərbəst buraxılardısa, makroiqtisadi tarazlıq pozulacaqdı.

Ona görə də Azərbaycanda yalnız idarəolunan üzən məzənnə siyasətinə keçid məqbul sayıla bilər ki, söhbət də yalnız bu variantdan gedə bilər.

Bunun da inzibati yolla tənzimləmə mexanizmindən elə də ciddi fərqi yoxdur.

Düzdür, AMB-in rəsmi valyuta ehtiyatları “əriyir”. Son məlumata əsasən, 2015-ci ilin noyabrında AMB-in rəsmi valyuta ehtiyatları oktyabr ayı ilə müqayisədə 589 milyon dollar - 8,62 %, yəni 6 milyard 245 milyon 600 min dollara qədər azalıb. 2015-ci ilin əvvəlindən AMB-nin valyuta ehtiyatları həcmi 7 milyard 512 milyon 700 min dollar, yəni 54,6 % azalmışdır.

Valyuta ehiyatlarının azalması ötən ilin iyul ayından müşahidə edilir.

Odur ki, daha bir sual yaranır: AMB-in fevralda manatın dəyərini ucuzlaşdırması valyuta ehtiyatlarının azalması tempini zəiflətdimi? Sözsüz ki, yox... Bu mənada, əvvəlki şərhlərimizdə də qeyd etmişdik ki, AMB-n rəsmi valyuta ehtiyatları həcminin hər ay azalmasına bahəm, hökumətin niyə devalvasiyaya getmədiyini iddia edənlər və bunu, bir qəbahət olaraq irəli sürənlər görəsən, nəyə əmindirlər ki, manat ucuzlaşdırılarsa ehtiyat azalmayacaq?

Devalvasiyaya tədbiri AMB-in rəsmi valyuta ehtiyatlarının azalması prosesini dayandıra bilərmi? Bu, hansı məntiqə əsasən söylənilir və hansı iqtisadi qanunlar belə deyir?!

Təbii ki, bütün bunlar cəfəngiyatdır.

Sual yaranır ki, bəs, nə etməli?

Fikrimizcə, manatın məzənnəsini qoruyub saxlamaq üçün ölkənin xarici ticarət dövriyyəsində mövcud müsbət saldonun real əsaslara söykənməsinə və bunun təmininə daha çox diqqət yetirmək gərəkdir. Buna əgər nail olunarsa, neftin dünya bazar qiymətlərinin ucuz olmasına görə narahat olmağa dəyməz. Necə ki, bu gün bunun üçün hələki heç bir ciddi əsas yoxdur. Belə ki, xarici ticarət dövriyyəsi, yəni, ölkənin tədiyyə balansı pis və yaxşı müsbət əhəmiyyət kəsb edir.

Manatın taleyi də yaxın perespektivdə daha çox məhz qeyd olunan amildən asılı olacaq. Belə ki, neftin dünya bazar qiymətlərindən əgər daimi olaraq sığortalanmaq istəyiriksə, xarici ticarətdə müsbət saldonu qoruyub saxlamağa çalışmalıyıq.

Bu, bilavasitə manatın taleyi üçün də önəmli və makroiqtisadi sabitlik üçün də vacib şərtlərdəndir.


Xəbəri paylaş

6288 dəfə oxunub.

Digər xəbərlər
7-05-2016, 10:22 Neft bahalaşdı

bütün xəbərlər
____ Instagram ___