Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İtkin düşmüş sonuncu neftçi tapılana qədər axtarışlar davam etdiriləcək
Tarix: 08-12-2015 | Saat: 21:13
Bölmə:M / Karusel / Hadisə | çapa göndər

İtkin düşmüş sonuncu neftçi tapılana qədər axtarışlar davam etdiriləcək
“Biz ümidimizi üzmürük”.

“Günəşli” yatağında baş verən yanğın nəticəsində itkin düşənlərin axtarışları bu gün də davam etdirilib, amma təəssüf ki, axtarış işləri saat 20:00-a olan vəziyyətə görə heç bir nəticə verməyib.

Xəbəraz.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyev yanğınla bağlı son vəziyyəti açıqlayarkən deyib.

N.Quliyev bildirib ki, hava proqnozlarına görə küləyin sürəti bir qədər artacaq:

“Təbii ki, küləyin sürəti nəzərə alınaraq, hava şəraitinin imkan verdiyi dərəcədə axtarışlar davam etdiriləcək. Biz ümidimizi üzmürük. İtkin düşmüş sonuncu neftçi tapılana qədər axtarışlar davam etdiriləcək. Mən sizi əmin edə bilərəm”.

O vurğulayıb ki, yanğının söndürülməsi ilə bağlı işlər davam edir: “Yanğının söndürülməsi istiqamətində işlər bir an belə dayanmır. "Günəşli" yatağının yanğın baş verən 10-cu özülünə elektrik enerjisinin və rabitənin bərpası istiqamətində də işlər davam edir”.


Xəbəri paylaş

6368 dəfə oxunub.

Digər xəbərlər
26-06-2023, 12:36 Sabah 37° isti olacaq

bütün xəbərlər
____ Instagram ___