Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Obama Putindən ehtiyat edir, ona görə ki..."
Tarix: 02-04-2015 | Saat: 12:43
Bölmə:M / Karusel / M2 / Fotogalereya | çapa göndər

"Obama Putindən ehtiyat edir, ona görə ki..."
"ABŞ gizli yolla Ukraynaya ölümcül silahların tədarükünə başlaya bilər".

Xeberaz.az Axar.az-a xəbər verir ki, bu sözləri ABŞ Berkli Universitetinin porfessoru Edvard Uoker bildirib.

Professor qeyd edib ki, Barak Obama hökumətinin bəzi nüfuzlu şəxsləri Ukraynanı silahlandırmağın tərəfdarıdır. Bu şəxslər arasında yeni Müdafiə naziri Eşton Karter, Baş Qərargah rəhbəri Martin Dempsi və Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klepper var.

Uoker hələlik Ağ Evin ölümcül silahların Ukraynaya verilməsinə qarşı çıxdığını bildirib:

"Prezident Obama hesab edir ki, Minsk razılaşması mərhələli şəkildə həllini tapa bilər. Bu səbəbdən də ölümcül silahların göndərilməsinə hələlik qarşı çıxır. Belə zənn edir ki, əgər indi ölümcül silahları göndərərsə, Rusiya açıq şəkildə hərbi müdaxiləyə keçə bilər. Fikrimcə, Ağ Ev ən yaxın vaxtda Ukraynaya yardımını artıracaq. ABŞ artıq Ukrayna əsgərlərinə hərbi təlimlər keçir. Kiyevə hərbi əməliyyatları maliyyələşdirməyə kömək edir".


Xəbəri paylaş

6348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___