Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xaliq Məmmədov: “Qayıq sınmasaydı, hər kəs xilas olacaqdı”
Tarix: 06-12-2015 | Saat: 23:35
Bölmə:M / Karusel / Hadisə / Aktual | çapa göndər

Xaliq Məmmədov: “Qayıq sınmasaydı, hər kəs xilas olacaqdı”

SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov Mərkəzi Neftçilər Xəstəxanasının qarşısında “Günəşli” yatağında baş verən yanğınla bağlı jurnalistlərə açıqlama verib

X.Məmmədov bildirib ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev dənizdədir və o, yanğının söndürülməsi, eyni zamanda itkin düşənlərin axtarışı ilə məşğul olan işçi qrupa rəhbərlik edir:

“Vaxtaşırı aparılan işlərlə bağlı ictimaiyyətə məlumat verəcəyik. Xəstələrin yanında oldum. Onlarla şəxsən görüşdüm. Vəziyyətləri stabildir. Onlardan hər biri öz fikirini ifadə edə bilir. Yəni, sağlıqları ilə bağlı ciddi problem yoxdur. İtkin düşənlərlə bağlı Fövqəladə Hallar Nazirliyinin, Xəzər Dəniz Gəmiçiliyinin və Sərhəd Qoşunlarının gəmiləri, helikopterləri axtarış aparır. Türkmənistan, İran sərhədçiləri ilə danışılıb, razılıq alınıb. Əgər onlar tərəfdən cənazə tapılarsa bizə xəbər verəcəklər. Hazırda axtarışlar davam edir. Dalğanın hündürlüyü çox yüksək olub. Ona görə də hesab edirik ki, dənizə düşənlər çox uzaq yerlərdən tapılacaq. Çünki 50 kilometr uzaqlıqda xilasetmə qayığının sınan bir hissəsi görünmüşdü”.

X.Məmmədov yataqda təhlükəsizlik tədbirlərinin düzgün qurulmaması ilə bağlı səsləndirilən iddialara da münasibət bildirib: “Cənab prezidentin sərəncamı ilə dövlət komissiyası yaradılıb. Həmin komissiya hər bir şeyi araşdıracaq. Ancaq məndə elə bir məlumat yoxdur ki, orada təhlükəsizlik tədbiri ilə bağlı hər hansı bir nöqsan olub. Əksinə platforma rəisi ilə də danışdım. Gördüm ki, təxliyə planına uyğun, təhlükəsizlik qaydalarına tam riayət olunmaqla hərəkət edilib. Sadəcə, küləyin sürəti o qədər böyük olub ki, xilasetmə qayıqları dirəylərə çırpılaraq sınıb”.Musavat.com

Vitse-prezident xilasetmə qayıqlarının keyfiyyəti barədə də danışıb: “Orada 4 qayıq olub. Bu gün də onlardan ikisi orada qalıb. Onlar Cənubi Koreya istehsalı olan ən müasir xilasetmə qayıqlarıdır. Hər qayıq 42 nəfər tutur və onlar qayıqda 7 gün ərzində yaşaya bilərlər. Yəni qayıqda bütün azuqələr olur. Qayıq heç zaman çevrilə bilməz. Təəssüf ki, külək onu dəmirlərə çırparaq sındırıb. Qayıq sınmasaydı hər bir işçi sağ-salamaq xilas olacaqdı”.


Xəbəri paylaş

1 5918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___