Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Jirinovski Türkiyənin bir hissəsini işğal etməyi təklif etdi
Tarix: 02-12-2015 | Saat: 21:38
Bölmə:M / Karusel / Dünya | çapa göndər

Jirinovski Türkiyənin bir hissəsini işğal etməyi təklif etdi
Daha öncə o, İstanbula nüvə bombası atmağı təklif etmişdi.

RLDP lideri Vladimir Jirinovski “İslam Dövləti”nin (İŞİD) bu ölkəyə neft tədarükünün qarşısını almaq üçün Türkiyənin cənub hissəsini işğal etməyi təklif edib.

Xəbəraz.az Aia.az -a istinadən xəbər verir ki, o, müvafiq bəyanatı dekabrın 2-də - çərşənbə günü, “Russkaya slujba novostey”in efirində edib.

Siyasətçinin fikrincə, bu, neft axınının qarşısını almağın yeganə yoludur:

“Türklər heç nəyin qarşısını almayacaqlar, bu, onlar üçün puldur. Vaxtilə BMT-nin qoşunlarının Koreyanı müdafiə etmək üçün Cənubi Koreyanı işğal etdiyi kimi rus, alman, birləşmiş qoşunları da BMT-nin mandatını alsın”, - Jirinovski izah edərək, Rəcəp Tayyib Ərdoğanın və onun bütün ailəsinin Haaqada beynəlxalq tribunala verməyin lazım olduğunu əlavə edib.

Siyasətçinin fikrincə, “İslam Dövləti”nin nəzarət etdiyi əraziləri də nüfuz zonalarına bölmək lazımdır.

“Rusiya və Amerika qoşunları Ərəfat və Dəclə çaylarının sahillərində görüşməlidirlər və bizim nüfuz zonalarımızı birləşdirməlidirlər ki, orada yaraqlılar üçün bir kvadratmetr də yer qalmasın, onların hamısını həbs edib, Quantanamoya göndərmək lazımdır, axı Amerika bu həbsxananı ləğv etmək istəmir, elə isə gəlin onu Yaxın Şərqdəki yaraqlılar ilə dolduraq. Bu, çox gözəl görüş olacaq! 1945-ci ilin aprelində Elbada olduğu kimi. Bizdə də 2016-cı ilin apreli olacaq”, - o qeyd edib.

Daha öncə Jirinovski Bosfor körfəzinə nüvə bombası atmaqla İstanbulu məhv etməyi təklif edirdi, həmçinin Türkiyənin Rusiya üçün bir nömrəli düşmən olduğunu qeyd edirdi. Bundan başqa, parlamentari rusiyalıların əhval-ruhiyyəsini qaldırmaq üçün Sinop döyüşü zamanı (1853-cü il dekabrın 1-i) Türkiyə eskadrasının darmadağın edilməsini qeyd etməyi təklif edib.


Xəbəri paylaş

6158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___