Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Soyuq əllər, isti ürək” - FOTO
Tarix: 01-12-2015 | Saat: 23:37
Bölmə:M / Karusel / Gündəm / Gənclərimiz | çapa göndər

“Soyuq əllər, isti ürək” - FOTO
Fəvvarələr meydanında xeyriyyə yarmarkası açılıb.

Bakıda, Fəvvarələr meydanında “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası açılıb. Bu yarmarka artıq üçüncü ildir ki, “Nargis Fund”un rəhbərliyi ilə keçirilir.

Xəbəraz.az AzərTAc-a istinadən xəbər verir ki, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin yaxınlığında səhnə qurulub. Səhnədən ətrafa oynaq musiqi sədaları yayılır. Kiçik taxta köşklərdə qonaqlara suvenirlər, şirniyyat, ətriyyat, oyuncaqlar, yolka bəzəkləri və s. təklif olunur.

Tanınmış şoumen Murad Dadaşov bildirir ki, fondun təsisçisi Ülviyyə Mahmudova sponsorlar ilə birlikdə ehtiyacı olan uşaqlara (müalicə, cərrahiyyə əməliyyatı və sairə) yardım edir. Uşaq evlərinin yetirmələri hər il bu yarmarkanın qonağı olur. Onları tanınmış şəxslərlə görüşlər, sevimli ifaçıların çıxışları, suvenirlər, şirniyyat və yarmarkanın sponsorlarından hədiyyələr gözləyir.

“Nargis Fund”un icraçı direktoru Nigar Nəzərova deyib ki, bir ay ərzində yarmarka çərçivəsində maraqlı tədbirlər keçiriləcək, yarmarkanın həm yaşlı, həm də azyaşlı qonaqları üçün çoxsaylı əyləncələr təşkil ediləcək və onlar özlərini əsl “Qış nağılı”nın qəhrəmanları hiss edəcəklər. Tanınmış brendlərin çoxu öz məhsullarını yarmarkada təqdim edib.

“Biz mələyik!” şüarı ilə keçirilən bu yarmarkada doğma və yaxınlarımız üçün Yeni il hədiyyələri almaq və bununla da ehtiyacı olan xeyli uşağa sevinc bəxş etmək olar. Mələklər isə layihəyə cəlb olunan, yardıma böyük töhfə verən, uşaqların müalicəsinə və əylənməsinə kömək göstərən sponsorlar, könüllülər və iştirakçılardır.

Konsert proqramını tanınmış estrada müğənnisi, Azərbaycanın Xalq Artisti Zülfiyyə Xanbabayeva açıb.

Burada təkcə sənaye malları deyil, həm də məqbul qiymətə delikateslər almaq olar. Gənc qızlar daha çox internat məktəblərinin istedadlı uşaqları tərəfindən hazırlanmış bəzəklər, bijüteriya və muncuq məmulatı, yaşlılar yolka üçün oyuncaqlar, şamdan, yeni ilin simvolları və uşaqlar üçün karnaval kostyumları ilə maraqlanırlar.
“Soyuq əllər, isti ürək” - FOTO
“Soyuq əllər, isti ürək” - FOTO
“Soyuq əllər, isti ürək” - FOTO
“Soyuq əllər, isti ürək” - FOTO
“Soyuq əllər, isti ürək” - FOTO
“Soyuq əllər, isti ürək” - FOTO
“Soyuq əllər, isti ürək” - FOTO
“Soyuq əllər, isti ürək” - FOTO
“Soyuq əllər, isti ürək” - FOTO
“Soyuq əllər, isti ürək” - FOTO
“Soyuq əllər, isti ürək” - FOTO
“Soyuq əllər, isti ürək” - FOTO
“Soyuq əllər, isti ürək” - FOTO


Xəbəri paylaş

7028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___