Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev rumıniyalı həmkarını təbrik edib
Tarix: 30-11-2015 | Saat: 20:09
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

İlham Əliyev rumıniyalı həmkarını təbrik edib
Azərbaycan prezidenti İlham Əliyev rumıniyalı həmkarı Klaus İohannisi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib
Dövlət başçısının məktubunda deyilir:

“Rumıniyanın milli bayramı – Birlik günü münasibətilə sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Azərbaycan-Rumıniya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Daim genişlənən dostluq əlaqələrimiz qarşılıqlı faydalı əməkdaşlığımız üçün geniş imkanlar açıb. İnanıram ki, ikitərəfli münasibətlərimizin bütün sahələrdə inkişafı, strateji xarakter daşıyan əməkdaşlığımızın mövcud potensialından səmərəli istifadə olunması bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına töhfələr verəcək. Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.


Xəbəri paylaş

5078 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___