Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əməkdar artist: “Ayaqyolunun qarşısında yatıram“
Tarix: 30-11-2015 | Saat: 17:33
Bölmə:M / Karusel / Şou-Biznes / Müsahibə | çapa göndər

Əməkdar artist: “Ayaqyolunun qarşısında yatıram“
Ədilə Əflaki adı yəqin ki, gənc oxucularımıza heç nə demədi

Amma nisbətən təcrübəli oxucularımız bilirlər ki, bu xanım sənətçi ötən əsrin 70-80-ci illərində çox dəbdə idi, tanınırdı, sevilirdi. İndiki dillə desək, tələbatlı müğənnilərdən hesab olunurdu. Bu gün isə məcburiyyətdən bir kənara çəkilib şəxsi problemləri ilə uğraşır.

Xəbəraz.az xəbəbr verir ki, ölkə.az-ın əməkdaşı Ədilə xanımla əlaqə saxlayaraq onun problemlərini dinləyib. İnanırıq ki, aidiyyatı qurumlar və şəxslər tezliklə əməkdar artistin səsini eşidib problemlərinin həllinə yardımçı olacaqlar.

- Ədilə xanım, yaradıcılıqla məşğul olursunuzmu?

- Üç vətənpərvərlik mahnısı yazdırmışam, dövlət televiziyası onun kliplərini çəkib. Amma iş yarımçıq qalıb. İndi tamamlamaq lazımdır. Hazırda bəstəkar bu işlə məşğuldur. Toy mahnıları yazdırmamışam, üstünlüyü vətənpərvərlik mahnılarına vermişəm.

- Yeri gəlmişkən, toylara gedirsiniz?

- Yox getmirəm. Evdə xəstə oğlum olduğuna görə heç yerə çıxa bilmirəm. Guya efirə çıxdım nə xeyiri olacaq, çıxmadım nə xeyiri? Mənim çox böyük problemim var. İki gün öncə Prezidentə məktub göndərmişəm. Bizim mülkümüz əlimizdən alınıb. Bakı xeyriyyəçisi Ələkbər bəy Nəzərlinin yeganə nəvəsi və davamçısıyam. Ələkbər bəy anamın atasıdır. Ondan qalmış iki min kvadratmetrlik mülk əlimizdən alınıb. İndi özüm qəzalı şəraitdə olan mənzildə yaşayıram.

- Bu mülk nə zaman sizin əlinizdən alınıb?

- Mülkü 1981-ci ildə Nazirlər Soveti bizdən alıb. Mənim yaşadığım şəraiti görsəniz, dəhşətə gələrsiniz. Üzr istəyirəm, üç kvadratlıq otaqda, ayaqyolunun qarşısında yatıram. Bunu efirlərə çıxartmaq istəmirəm.

- Oğlunuzun səhhətindəki problem nə ilə bağlıdır?

- Oğlum əsəb xəstəsidir, əsgərlikdə xəstələnib. Özüm 147 manat təqaüd və əməkdar artist olduğuma görə 60 manat alıram. Bu məbləğlə həm dolanmalı, həm də oğlumu müalicə elətdirməliyəm. Mənim həmyaşıdlarım prezident mükafatı, təqaüd alırlar, mənzillərlə təmin olunublar. Nə üçün onlara hə, mənə yox? Övladım yaşında sənətçilər hər şey alıblar. Babam vaxtında Bakı əhalisinin altmış faizini paltarla, ərzaqla təmin edirdi. İndi mən bu vəziyyətə düşmüşəm. Hərdən bizim sənətçilər gözəl şəraitlərinə rəğmən çıxıb efirdə ağlayırlar. Sənətkarın göz yaşını tamaşaçı efirdə görməməlidir. Bu boyda dərdlə mənim gözümün yaşını görən olmayıb.


Xəbəri paylaş

5268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___