Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Bərdədə qəbul keçirib
Tarix: 27-11-2015 | Saat: 20:31
Bölmə:M / Karusel / Gündəm / Müsahibə | çapa göndər

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Bərdədə qəbul keçirib

27 noyabr 2015-ci il tarixdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev vətəndaşların qəbulu ilə bağlı Bərdə rayonunda olmuşdur.

Xəbəraz.az xəbər verir ki, Qəbuldan əvvəl Komitə sədri Aydın Əliyev Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə birlikdə şəhərin mərkəzindəki ulu öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzərək ehtiramlarını bildirmişlər.

Sonra cənab Aydın Əliyev Bərdə şəhərindəki akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseydə Bərdə, Ağdam, Tərtər və Goranboy rayonlarının sakinlərini qəbul edib və onların müraciətlərini dinləyib. Komitənin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda sakinlərin müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və gömrük-keçid məntəqələrində vəziyyət barədə olub.Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib. Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Bərdədə qəbul keçirib


Xəbəri paylaş

6328 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___