Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İşsizlik sığortası kimlərə veriləcək? - VİDEO
Tarix: 26-11-2015 | Saat: 23:37
Bölmə:M / Karusel / İqtisadiyyat / Xəbəraz TV | çapa göndər

İşsizlik sığortası kimlərə veriləcək? - VİDEO İş yerini itirənlər işsizlik sığortası ilə aylıq ödəniş ala biləcəklər
İş yerini itirənlər işsizlik sığortası ilə aylıq ödəniş ala biləcəklər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan yeni işsizlik sığortası layihəsində əsas məqsəd işsizləri yeni iş axtarmağa sövq etməkdir. Bu sığorta ödənişinin miqdarı isə şəxsin işdən çıxma səbəbi və iş stajına uyğun olaraq hesablanacaq.

İş yerinə itirənlər və iş tapa bilməyənlər aylıq ödəniş ala biləcəklər. Bu Əmək və Əhalinin sosial müdafiəsi nazirliyinin hazırladığı icbari işsizlik sığortası haqqında qanun layihəsində əks olunub.

Əgər şəxs iş yerini itirbsə, ona stajına uyğun olaraq sığorta ödənişi olunacaq.Lakin bu, işini son 1 ildə itirənlərə şamil ediləcək.

Əgər tələbə universiteti bitirib və iş tapa bilmiyəbsə, Dövlət məşğulluq xidmətinə müraciət edir. 11 gün müddətinə həmin şəxsə cavab gəlmirsə, o vətəndaş işsiz statusu alır və minimum həyat səviyyəsinə uyğun olaraq, 131 manat ödəniş olunur.

Lakin sığorta ödənişinin miqdarına şəxsin işdən çıxma səbəbi də təsir edəcək.

Sığorta ödənişi alan şəxs hər ay Dövlət Məşğulluq xidmətinə müraciət etməldir. Əks halda o şəxsin ödəniş dayandırılacaq.Eyni zamanda, ixtisasa uyğun təklif olunan işlərlə razılaşmayanlara da bu ödənişlər verilməyəcək.

Yeni Qanun layihəsi müzakirələrdən sonra, Nazirlər kabinetinə təqdim olunacaq.


Xəbəri paylaş

7268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___