Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mehriban Əliyeva ISESCO-nun baş direktoru və səfirləri ilə görüşüb
Tarix: 26-11-2015 | Saat: 15:08
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Mehriban Əliyeva ISESCO-nun baş direktoru və səfirləri ilə görüşüb
Noyabrın 26-da Azərbaycanın birinci xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva təşkilatın baş direktoru Əbdüləziz Osman əl-Tuveycri və xoşməramlı səfirləri ilə görüşüb.
Xəbəraz.az -ın AzərTAc-a istinadən məlumatına görə, Mehriban Əliyeva ISESCO-nun Baş Konfransının XII sessiyasının Azərbaycanda keçirilməsinin ölkəmiz və ümumilikdə İslam dünyası üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
ISESCO-nun baş direktorunu Azərbaycanın yüksək mükafatı - “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə təbrik edən Mehriban Əliyeva bu təşkilatla ölkəmiz arasında sıx dostluq əlaqələrinin olduğunu deyib və bildirib ki, Azərbaycanda bütün dinlərin, mədəniyyətlərin nümayəndələri dostluq və sülh şəraitində yaşayırlar.
Mehriban Əliyeva mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında dialoqun möhkəmləndirilməsində ISESCO-nun xoşməramlı səfirlərinin fəallıqlarını daha da artırmalarının əhəmiyyətini vurğulayıb.
ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Azərbaycan ilə ISESCO-nun səmərəli əməkdaşlığından məmnunluğunu ifadə edərək qurumla ölkəmiz arasındakı münasibətlərin yüksək səviyyəyə çatmasında prezident İlham Əliyevin və Mehriban Əliyevanın rolunu xüsusi qeyd edib.


Xəbəri paylaş

5038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___