Jirinovski Türkiyəni müharibə ilə hədələdi
Tarix: 24-11-2015 | Saat: 21:58
Bölmə:M / Karusel / Dünya / Aktual | çapa göndər
“Türkiyə Suriyadakı iri neft yataqlarına görə bu ölkəni ələ keçirmək, Ərdoğan isə sultan olub Osmanlı imperiyasının keçmiş müstəmləkəsindəki nüfuzunu bərpa etmək istəyir”.
Virtualaz.org saytı xəbər verir ki, bunu “Life News” telekanalının efirində LDPR lideri Vladimir Jirinovski deyib.
Jirinovskinin sözlərinə görə, Suriyada hazırda dövlət və dövlətçilik yoxdur: “Türklər isə bundan istifadə edib yağlı tikəni elə-belə, havayı əldə etmək istəyirlər. Türklər Suriya ilə sərhədi müntəzəm olaraq pozur, yaraqlılardan qaçaqmal neft alırlar”.
Rusiyalı siyasətçi hesab edir ki, bu gün Türkiyə tərəfindən vurulan Rusiya təyyarəsinə görə Ankaraya sərt münasibət göstərilməlidir:
“Rusiya Türkiyəyə turist axınının qarşısını almalı, bu ölkəyə qaz ixracını dayandırmalıdır”.
Jirinovski deyib ki, indi Putinin əl-qolu açıqdır:
“Putinin əlində icazə var. Federasiya Şurası ona planetin istənilən nöqtəsində silahlı qüvvələrdən istifadə etmək icazəsi verib”.
LDPR lideri hesab edir ki, Rusiyanın Suriyada həyata keçirməsi Türkiyəyə sərfəli deyil:
“Su-24-ün vurulması Türkiyənin Rusiyanı regionu tərk etməyə məcbur etməsi cəhdi də ola bilər. Bundan əlavə, Moskva türklərlə münaqişədə olan kürdləri dəstəkləyə bilər”.
Xəbəri paylaş
7238 dəfə oxunub.
Digər xəbərlər

7-01-2017, 10:04
Nazənini küsülü həmkarı ilə barışdırmaq istəyiblər: "Ola bilməz, o, mənim ərimlə..."
11-06-2021, 10:33
Nəqliyyatda maskalardan istifadə ilə bağlı xəbərdarlıq edildi
24-07-2017, 10:46
Xırdalanda bina yandı: sakinlər təxliyə edilib
20-05-2022, 11:10
246 saylı bağçanın müdirəsi Xalidə Ələkbərovanın “biznesi”….- Emin Əmrullayevin NƏZƏRİNƏ…
12-12-2015, 13:15
Suriyada teror: 60 ölü, 90 yaralı
5-04-2015, 00:39
Kişiləri zorladıqdan sonra doğrayıb yeyən manyak – FOTOLAR
5-03-2016, 17:10
Qonaqlar qələbə qazanır
4-06-2018, 17:25
Bakıda son 4 gündə 150-yə yaxın sürücü məsuliyyətə cəlb edilib
23-07-2017, 09:27
Bakıda 1 yaşlı uşaq binanın 3-cü mərtəbəsindən yıxıldı
24-10-2015, 18:44
Bakcell abunəçiləri üçün faydalı tövsiyələr