Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Türkiyə Rusiya təyyarəsini vurdu - Putin təcili toplantı çağırdı
Tarix: 24-11-2015 | Saat: 15:19
Bölmə:M / Karusel / Dünya / Xəbəraz TV / Araşdırma | çapa göndər

“Türkiyə Rusiya təyyarəsini vurdu -  Putin təcili toplantı çağırdı
Xəbəraz.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, vurulan döyüş təyyarəsinin sərhədi keçdiyi bildirilib.

Vurulan təyyarədə olan hər iki pilot isə paraşütlə tullana bilib. Pilotlardan birindən xəbər alınmasa da, digər pilotun Rusiyanın son günlər bombardman etdiyi türkmən kəndlərinə düşdüyü deyilir.

Rusiya Müdafiə Nazirliyi isə açıqlama yayaraq vurulan təyyarənin sərhədi keçmədiyini bildirib:

“Su-24 təyyarəmiz Suriya üzərində vuruldu. Hava sahəsi pozulmamışdı, bütün uçuşlar Suriya torpaqlarında oldu. İlkin məlumata görə, təyyarənin düşməsinə səbəb açılan atəş olub”.

Bu açıqlamadan sonra CNN-in yazdığına görə, dövlət başçısı Vladimir Putin Təhlükəsizlik Şurasını təcili toplantıya çağırıb.

Türkiyə Silahlı Qüvvələri isə açıqlamasında rus təyyarələrinə 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edildiyini bəyan edib.


Xəbəri paylaş

8408 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___