Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənistana daha bir BEYNƏLXALQ ZƏRBƏ: Sərsəngdən dərhal geri çəkilin!
Tarix: 24-11-2015 | Saat: 11:45
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Ermənistana daha bir BEYNƏLXALQ ZƏRBƏ: Sərsəngdən dərhal geri çəkilin!
Bu gün bununla bağlı AŞPA-da qətnamə qəbul edilib


AŞPA-nın Sosial Məsələlər Komitəsində Sərsəng su anbarının yerləşdiyi bölgədən Ermənistan silahlı qüvvələrinin dərhal geri çəkilməsini tələb edən qətnamə qəbul edilib.

Bu gün AŞPA Sosial Məsələlər Komitəsinin Paris iclasında “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı məruzənin qətnamə layihəsi səsvermə ilə qəbul edilib.

Qətnamədə qəsdən süni ekoloji böhranın yaradılması “ekoloji təcavüz” kimi qiymətləndirilir, ekoloji fəlakət sahələri yaratmaq və həmin ərazilərdə yaşayan əhalinin normal həyatını qeyri-mümkün etmək bir dövlətin digər dövlətə qarşı düşməncəsinə hərəkəti kimi qəbul edilməli olduğu, Sərsəng bəndinin baxımsızlığının xeyli sayda insan itkisi və mümkün yeni humanitar böhranla müşayiət olunan böyük fəlakətlə nəticələnə biləcəyi vurğulanır.

AŞPA bu qətnamədə Ermənistan silahlı qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsini, Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırmağı tələb edir. Parlament Assambleyası Ermənistan Parlament nümayəndə heyətinin və Ermənistan hakimiyyətinin bu məruzənin hazırlanmasında əməkdaşlıq etməməsini qəti pisləyir, bu rəftarı Avropa Şurasının tamhüquqlu üzvü olan bir ölkənin öhdəlik və vəzifələrinə zidd hesab edir və parlamentarilərinin mandatı dövründə yarana biləcək buna bənzər hallarda görülə biləcək tədbirləri nəzərdən keçirəcəyini bildirir.Lent.az


Xəbəri paylaş

5638 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___