Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiya Fransaya it hədiyyə etdi
Tarix: 22-11-2015 | Saat: 15:59
Bölmə:M / Karusel / Dünya / Ekskluziv | çapa göndər

Rusiya Fransaya it hədiyyə etdi
Rusiya Fransa paytaxtı Parisdə törədilən terror aktı zamanı ölən polis iti "Diesel"in yerinə bu ölkəyə it hədiyyə edib

Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev fransız həmkarı Bernard Cazeneuveyə göndərdiyi məktubda "Dobrinya" adlı küçüyü "Diesel"in xatirəsinə Fransaya ərmağan etmək istədiklərini bildirib. Müraciətdə qeyd edilib ki, 2 aylıq "Dobrinya" çox cəsarətli və güclüdür.

Rusiya Daxili İşlər Nazirliyi Fransaya hədiyyə edilən küçüyün fotosunu saytında yerləşdirib.

Hazırda Moskva yaxınlığındakı mərkəzdə saxlanılan "Dobrinya" tibbi yoxlamalardan sonra Fransaya göndəriləcək.

Qeyd edək ki, "Diesel" adlı it Fransa polisinin Parisin şimalında yerləşən Sent Denis qəsəbəsində keçirdiyi əməliyyat zamanı ölüb. Bundan sonra Twitter-də #JeSuisChien (mənim itim) həştaqı açılıb və minlərlə insan "Diesel"ə ölümündən sonra dövlət medalının verilməsi ilə bağlı Fransa hökumətinə müraciət edib.Lent.az


Xəbəri paylaş

5948 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___