Mədət Quliyevin iştirakı ilə veloyürüş keçirilib
Tarix: 22-11-2015 | Saat: 14:16
Bölmə:M / Karusel / İdman / Reportaj | çapa göndər
Azərbaycan ədliyyə işçilərinin peşə bayramı münasibətilə bu gün Bakıda velosiped yürüşü keçirilib
Ədliyyə Nazirliyi Velosiped İdman Klubunun üzvləri bu münasibətlə Dövlət Bayrağı Meydanından Heydər Əliyev Mərkəzinə yürüş ediblər.
Yürüşdə Ədliyyə Nazirliyi Penitensiar xidmətin sabiq rəisi, milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyev və Penitensiar xidmətin rəis müavini, general mayor Hüseyn Əlixanov da iştirak ediblər.
H. Əlixanov bildirib ki, noyabrın 22-də Azərbaycanda ədliyyə işçilərinin peşə bayramı qeyd olunur: “22 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsi qəbul olunub. Prezident Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib. Bu əlamətdar gün münasibətilə Ədliyyə Nazirliyin 11 əməkdaşı bu il dövlət mükafatına layiq görülüb. Bugünkü veloyürüş də bu münasibətlə keçirilir”.
M. Quliyev isə deyib ki, ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi işlədiyi vaxt ədliyyə naziri Fikrət Məmmədovla nazirliyin Velosiped İdman Klubunun yaradılmasına qərar veriblər: “Bundan sonra Penitensiar xidmətin nəzdində velosiped komandası formalaşdırıldı. Artıq 60-dan çox idmançı komandamızın üzvüdür.
Həftədə iki dəfə məşq edir, əlamətdar günlərdə yürüş keçiririk. İdmana ayrılan vaxtı itirilmiş zaman adlandırmaq olmaz. Harada işləməyimizdən asılı olmayaraq, hər bir insan xüsusilə hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər fiziki sağlamlıqlarına xüsusi diqqət yetirməlidirlər”. (apa)
Xəbəri paylaş
8178 dəfə oxunub.
Digər xəbərlər

2-09-2016, 20:13
Əri Roza Zərgərlini döyürmüş: "Oğlumun ölümünə səbəb oldu"
31-03-2015, 21:07
NATO-da Ermənistana qarşı sərt sanksiya tələbi
2-11-2016, 10:41
Miri Yusifin ad gününə bir milyonluq HƏDİYYƏ - VİDEO
25-09-2019, 12:39
Azərbaycanda 16 yaşlı qızı qaçırıb fiziki qüsurlu şəxslə evləndirmək istədilər - FOTO
16-07-2018, 17:23
Bakıda yolun çökmə səbəbi BƏLLİ OLDU
3-07-2023, 11:15
Nabranda istirahət mərkəzində qadın faciəvi şəkildə öldü
21-06-2020, 05:37
Leysan yağışları Moskvada avtomobilləri sular altda qoydu - Video
3-05-2015, 15:10
İlk Avropa Oyunlarının məşəli Masallıda -FOTO
11-05-2016, 14:55
Azərbaycan Avroviziyada birinci olacaq
6-12-2021, 10:46
Bakıda “BMW”nin vurduğu moped yandı, sürücü komaya düşdü - FOTO