Fransadakı azərbaycanlılar Paris merinə etiraz etdilər
Tarix: 21-11-2015 | Saat: 18:09
Bölmə:M / Karusel / Dünya / Reportaj | çapa göndər
Fransada yaşayan azərbaycanlılar Paris şəhərinin meri, xanım An İdalqonun ermənilərin “Hayastan” fondu ilə əməkdaşlığına etirazlarını bildirərək xüsusi bəyanatla çıxış ediblər.
APA-nın xəbərinə görə, bəyanatda deyilir: "Biz, Fransada yaşayan azərbaycanlılar olaraq, Parisin meri An İdalqonun erməni “Hayastan” fondu ilə əməkdaşlığını qətiyyətlə pisləyirik. Adıçəkilən bu fondun bəzi fransız siyasət adamları tərəfinfən dəstəklənməsi başa düşülən deyil. Belə ki, məhz bu fond hazırda Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində bir çox layihələrin icrasına dəstək verir.
Xatirlamaq istərdik ki, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb və münaqişə nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, habelə 1990-cı ilə qədər tamamilə azərbaycanlıların yaşadıqları yeddi ətraf rayonu olmaqla, təqribən 20% ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Təqribən 1 milyona qədər azərbaycanlı öz doğma yurd-yuvalarından qovulub, 20 mindən çoxu qətlə yetirilib, 50 mindən çoxu isə şikəst qalıb. Ermənilərin həbs düşərgələrində təcavüz və işgəncələrə məruz qalaraq həlak olmuş dörd mindən çox azərbaycanlının taleyi isə naməlum olaraq qalmaqdadır.
Biz, eyni zamanda, mer xanım An İdalqonun diqqətini bu əldə edilmiş vəsaitlərin hansı məqsədlərlə istifadə ediləcəyinə yetirmək istərdik: həyata keçirilən bu layihələrin təbiəti nədən ibarətdir? Bu fondun fəaliyyətinin şəffaflığından nə dərəcədə əmin ola bilərik?
Məlumdur ki, Fransa dövləti Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıyır və o, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinfən biridir. Fransanın da öhdəliklərindən biri BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə hörmətlə yanaşmaqla Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həlli yolunu axtarıb tapmaqdır. Bundan əlavə, biz Fransa və Azərbaycan arasındakı dostluq münasibətlərinə xələl gətirə biləcək bu kimi təşəbbüslərin paradoksallıq təşkil etdiyi fikrindəyik.
Fransadakı azərbaycan icması
Paris şəhəri, 20 noyabr 2015-ci il".
Xəbəri paylaş
6268 dəfə oxunub.
Digər xəbərlər

29-08-2016, 14:48
AZƏRBAYCANLI AKTYOR OD PÜSKÜRDÜ: “ONLAR ÖZLƏRİ GƏBƏRƏCƏKLƏR...”
3-02-2016, 14:40
Azərbaycanda dərmanların qiyməti kəskin ucuzlaşacaq
17-03-2016, 09:59
Bakıda ŞOK: Gənc oğlan dostları ilə zorladığı qıza elçi göndərdi
14-03-2017, 11:54
Bakıda yoxa çıxan məktəbli qız tapıldı
6-05-2017, 14:01
Odessada sonuncu Leninin də başı kəsildi - Foto
23-12-2021, 11:06
Bakıda sərxoş gömrük işçisi 27 yaşlı xanımı vurdu - FOTO
13-01-2016, 20:02
Neft Fondu valyuta satışını bərpa etdi
5-06-2018, 21:46
Bu il Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - Siyahı
29-07-2017, 14:22
DİN 8 yaşlı qızın güllələnməsi ilə bağlı məlumat yaydı
12-10-2017, 10:53
Azərbaycana gələn turistlərinin sayı açıqlandı - Artım var