Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
FTX İŞİD-ə qoşulmaq istəyən azərbaycanlını saxladı
Tarix: 19-11-2015 | Saat: 15:44
Bölmə:M / Karusel / Dünya | çapa göndər

FTX İŞİD-ə qoşulmaq istəyən azərbaycanlını saxladı
Gənc adam sosial şəbəkədə açıq qrup yaradıb.

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin noyabrın 18-də yaydığı məlumatda İŞİD sıralarına qoşulmaq niyyətində olan Rusiyanın İvanov vilayətinin iki sakininin saxlanıldığı bildirilib.


Saytda şərti adı “Əli” kimi qeyd olunan azərbaycanlı gəncin İvanov şəhərində yerləşən kolleclərdən birinin tələbəsi olduğu bildirilib. Dini-ekstremist baxışları olan həmyerlimiz Suriyaya gedərək qanunsuz silahlı qruplaşmalar tərkibində iştirak etməyi planlaşdırırmış.

Onun “Vkontakte” sosial şəbəkəsində tanışları ilə Suriyada baş verən hadisələr, ölkənin mücahidlər tərəfindən ələ keçirilməsi barədə yazışmalarda müzakirələr apardığı məlum olub.

O, yoldaşları ilə yazışmalarında 2015-ci ilin aprelində Suriyaya getməyi planlaşdırdığını bildirib. Bu fikrin azərbaycanlı gəncdə internetdə Suriya ərazisindəki vəziyyətə və İslam dini haqqında materialları müntəzəm olaraq izlədikdən sonra meydana gəldiyi qeyd olunub. Həmin yazışmalarda azərbaycanlı gəncin İŞİD terror təşkilatına münasibətinin müsbət olduğu müəyyən olunub.

Nəticədə sosial şəbəkədə öz qrupunu da yaradıb. Həmin qrupa dini materiallar yerləşdirib. Daha sonra həmin qrupa digər regionlardan onunla həmfikir olan daha iki nəfər qoşulub. Qrupda ekstremist və terrorçu xarakterli videomateriallar yerləşdirilib.Oxu.Az

Rusiya Federal Təhlükəsizlik Xidmətinin İvanov vilayəti üzrə İdarəsinin rəsmi xəbərdarlığından sonra valideynləri tərəfindən azərbaycanlı gəncin üzərinə ciddi nəzarət qoyulub. Onun hansı saytlara girdiyi, kimlərlə söhbət etdiyinə ciddi nəzarət olunur.

İvanov vilayətinin digər sakini İslamı qəbul edən və “Müslüm” adını götürən sabiq provaslav tələbəyə də rəsmi xəbərdarlıq edilib. Şəhərin ali məktəblərindən birinin tələbəsi olan gənc Suriya Ərəb Respublikası ərazisində qanunsuz silahlı qruplaşmanın fəaliyyətində iştirak etmək istəyirdi.

FTX İvanov vilayətinin İŞİD-ə qoşulmaq istəyən digər sakinini isə “Domodedovo” aeroportundan Qətərə uçmaq istəyərkən saxlayıb. Onun İslamı qəbul etmiş İvanovda yerləşən ali məktəb tələbəsi olduğu bildirilib.

1995-ci il 3 aprel tarixli №40 “Federal təhlükəsizlik barədə” Federal qanunun 13-cü maddəsinin “q.2” bəndinə və 13.1-ci maddəsinə müvafiq olaraq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 208-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan “cinayətin törədilməsinə şərait yaradan fəaliyyətin qarşısının alınması” məqsədi ilə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İvanov vilayəti üzrə İdarəsi tərəfindən “Əli” və “Müslümə” RF CM-nin 208-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan “cinayətin törədilməsinə şərait yaradan fəaliyyətin” yolverilməzliyi barədə rəsmi xəbərdarlıq elan edilib.


Xəbəri paylaş

6268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___