Gülər Əhmədovanın ofisi boşaldıldı
Tarix: 18-11-2015 | Saat: 16:20
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Sabiq millət vəkili Gülər Əhmədovanın “Hökumət Evi”də yerləşən qəzetinin ("Mərkəz") ofisi əlindən alınıb
"Qafqazinfo"ya daxil olan məlumata görə, “Mərkəz” qəzetinin bu binada yerləşən 15 kabineti başqa dövlət qurumlarına verilib.
Belə ki, G. Əhmədovanın təsisçisi olduğu “Mərkəz” qəzetinin “Hökumət Evi”nin beşinci alaqapı, beşinci mərtəbədə yerləşən 12-yədək kabineti Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə verilib. Birinci mərtəbədə G. Əhmədovanın özünün və köməkçilərinin üç kabineti isə Tarif Şurasına verilib.
Bu günlərdə G. Əhmədova “Hökumət Evi”nə gedib. Həmin otaqlardan “Mərkəz”qəzetinə və Respublika Uşaq Təşkilatına məxsus avadanlıqlar, qəzetin arxivi məhz onun iştirakı ilə çıxarılıb.
Xatırladaq ki, “Mərkəz” qəzeti üç ilə yaxındır ki, fəaliyyətini dayandırsa da, indiyədək qəzetin “Hökumət Evi”ndəki ofisi saxlanılırdı və heç bir quruma icarəyə verilməmişdi.
Yeri gəlmişkən, bu gün report.az saytı eks-deputatın BDU-dan da çıxarılması ilə bağlı məlumat yayılmışdı. Daha sonra Gülər Əhmədova sözügedən məlumatı təkzib edib: "Mən Bakı Dövlət Universitetinə getmişəm ki, məni işdən çıxarsınlar da?! Bu sentyabrdan işə çıxmamışam. Mən ərizəmi o vaxt yazmışam".
Xəbəri paylaş
6278 dəfə oxunub.
Digər xəbərlər

6-06-2016, 15:14
Dövlət Komitəsi monitorinqlərə başlayır
2-04-2015, 18:54
Hacı Arif Buzovnalıdan Kəbə haqqında şer
15-06-2022, 12:08
Bərdə Rayon Mərkəzi Xəstəxanasında həkimə rüşvət verilmədiyi üçün əməliyyat olunmayan uşaq öldü - DƏHŞƏT
31-08-2015, 19:22
Həkimlər Habil Əliyevin evinə köçdü - SON QƏRAR
6-06-2017, 12:08
"Oğlumu döyüb, atıb hamama" - Qonşular arasında dava - VİDEO
15-08-2015, 16:23
Sərxoş Bakı sakini: Uşağın bədəninə bomba bağlamışam - VİDEO
7-09-2016, 15:13
"Azərbaycanın regionlarında da sürət qatarının hərəkət etməsi mümkündür".-Cavid Qurbanov
19-02-2016, 13:25
Füzulidə kirayə yaşayan qadın yanıb
8-12-2021, 11:27
“Torqovı”da ərəb turist bıçaqlandı
7-05-2016, 11:49
8 may Azərbaycan torpağının işğal tarixidir - ATƏT DN