Tağı Əhmədov: "Dərin qaz, dayaz qaz, özün düşəcəksən"
Tarix: 17-11-2015 | Saat: 16:56
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
"Azərbaycan daim terror hücumuna məruz qalan ölkə olub. Amma çox təəssüflər olsun ki, Avropa və Amerika buna dırnaqarası baxıb. Belə bir atalar misalı da var: "Əgər bəla özü içində olmasa onu duymazsan və bilməzsən". Bu gün Fransada olan terror hadisəsi onları tam ayıltdı və başa düşdülər ki, Azərbaycan 1988-ci ildən bu yana nə qədər əzablar çəkib".
Bu fikirləri APA TV-yə açıqlamasında "Bakı Metropoliteni" ASC-nin sabiq rəhbəri, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Fransada baş verən terror aktına münasibət bildirərkən deyib. Tağı Əhmədov bildirib ki, bəşəriyyət bu cür geniş miqyaslı terror hadisələri ilə hər zaman üzləşib:
"Nəinki 1988-ci il , hətta 1988-ci ildən də əvvəl nə qədər terror hadisələri olub. Bunların hamısını üst-üstə yığanda hamısı terror hadisələridir. O vaxt bir növ Avropa müsəlmanların qırılmağını böyük bir şərəf və səadət hesab edirdi. Bu da gətirib ona çıxardı ki, Livan , Misir, Suriya , Yəmən hadisələri uzana-uzana bütün Şərqi ağzına aldı. Bu qədər miqrantın Avropaya getməsi Avropanı oyatdı ki, onların özləri öz etdikləri bəlalara düşüblər. Ataların gözəl bir misalı var: "Dərin qaz, dayaz qaz, özün düşəcəksən". Onlar artıq bu dərəyə düşdülər və gördülər ki bu acınacaqlı bir haldır. Terror təhdidini birdəfəlik aradan qaldırmaq üçün bütün dünya ölkələri qalxmalı, "G-20" sammitindəki kimi çağırış edib, terrora bir dəfəlik son qoymalıdır".
Tağı Əhmədov Azərbaycanın terror hadisələri ilə çox rastlaşdığını deyib:
"1994-cü ilin martın 19-da, 20 yanvarda olan terror hadisəsi, 1994-cü il 3 iyulda "Gənclik" və "Nərimanov" metro stansiyaları arasında baş verən terror hadisəsi , ən dəhşətlisi 1995-ci ilin 28 oktyabrında " Ulduz"-"Nərimanov " stansiyaları arasında olan terror hadisəsini xatırlamaq lazımdır. Ümumiyyətlə Azərbaycanda qatarlara od vuraraq yandırma hadisəsi, Bakı-Moskva qatarında olan terror hadisəsi göstərirdi ki, bəli, Azərbaycanda terror təhlükəsi çox yüksəyə qalxıb və bunun qarşısı alınmalıdır. O zamanlar Azərbaycan nə qədər səsini ucaltsada, heç kəs onun səsinə səs vermədi. Amma Londonda baş verən terror hadisəsindən sonra demək olar ki, bir az ayıldılar".
Tağı Əhmədov Fransada 132 nəfərin ölümü ilə nəticələnən terror aktını bu bəla ilə mübarizə üçün ciddi çağırış kimi dəyərləndirib:
"Fransada 132 nəfərin ölümü ilə nəticələn hadisə dünyanı ayıltdı ki, bəli, terrorla mübarizə tədbirləri gücləndirilməlidir. Bu gün terrora qarşı hamı bir nəfər kimi ayağa qalxmalıdır. Lakin 1995-ci ildə 28 oktyabrda Azərbaycanda 286 nəfərin ölümü ilə nəticələn terror hadisəsinə qəti olaraq heç kəs fikir vermədi və bu faktı mənfi amil kimi Ginnesin rekordlar kitabına saldılar. O hadisə 100 faiz terror hadisəsi idi. Amma təəssüflər olsun ki, o terror aktı araşdırılmadı və bu gün də texniki nasazlıq kimi metropolitenin boynunda qaldı. Çox təəssüf".
Tağı Əhmədov böyük dövlətləri terror təhlükəsinə münasibətdə də ikili standartlardan çıxış etməkdə suçlayıb.
Xəbəri paylaş
6288 dəfə oxunub.
Digər xəbərlər

21-09-2015, 20:54
Hindistanda içkili kişini diri-diri “asfaltladılar”
14-12-2022, 11:39
Yeni il üçün hotellərdə qiymətlər: 2 günü 4 min manat
16-05-2020, 14:50
Prezident bu rayonun icra başçısını vəzifəsindən azad etdi
31-01-2016, 00:55
“Sabiq nazir müavini vəfat etdi
24-03-2016, 12:31
Baş prokuror İntiqam Əliyevlə bağlı kassasiya protesti verdi
15-08-2023, 17:00
Şüşə qablarda İÇMƏLİ SUYUN zərəri - ÖLÜM RİSKİ VAR
8-12-2017, 16:32
2018-ci ilin qeyri-iş günləri - Açıqlandı
26-01-2018, 14:10
Qurban Qurbanov millimizin heyətini açıqladı
27-07-2017, 10:06
Bakıda atasını itirən qızdan DƏHŞƏTLİ ƏMƏL
27-12-2015, 00:04
Aqil Abbas, Şahmar və Ramizin üzv olduğu - Təşkilat