Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda işsizlərə sığorta pulu veriləcək
Tarix: 17-11-2015 | Saat: 11:24
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

Azərbaycanda işsizlərə sığorta pulu veriləcək
Qanun layihəsi hazırlanıb.

Azərbaycanda işsizlikdən icbari sığorta sistemi yaradılacaq.

Xəbəraz.az Trend-ə istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyindən bildirilib ki, artıq bu barədə qanun layihəsi hazırlanıb.

“Layihə ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olan şəxslərin işsizlikdən sığortası ilə bağlı hüquqi, iqtisadi və təşkilati əsasları müəyyən edir”, - deyə nazirlikdən bildirilib.

Nazirlikdə bildirilib ki, işsizlikdən sığorta işsizlər üçün müavinət kimi ödəniləcək.

“İşsizlikdən sığorta imkan verəcək ki, işsiz qalan şəxs müəyyən müddət ərzində işsizlik müavinəti alsın.Bu müavinətlər isə həmin şəxsin rəsmi əmək fəaliyyəti zamanı özü tərəfindən vaxtilə edilmiş ödənişlər hesabına həyata keçiriləcək”.

Müvafiq strukturlarla razılaşdırıldıqdan sonra qanun layihəsinin Nazirlər Kabinetinə təqdim edilməsi gözlənilir.

Xatırladaq ki, hazırda Azərbaycanda işsizlərin sosial müdafiəsi üsullarından biri işsizliyə görə müavinətdir.

“Məşğulluq haqqında” qanuna görə, işsizlik statusunu məşğulluq mərkəzlərində almaq olar. Əgər bu mərkəzdə qeydiyyata alınan şəxs 10 gün ərzində işə təklif almırsa, onu rəsmi olaraq işsiz statusu verili rvə işsizlikdən müavinət ödənilməsinə başlanılır.

İşsizlik müavinətinin məbləği müxtəlif kriteriyalar əsasında hesablanır və vətəndaşın sonunca iş yerində aldığı əmək haqqının 70%-ə çata bilər.


Xəbəri paylaş

9168 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___